“Facebook”dan növbəti yenilik –İstifadəçilərə pul veriləcək

“Facebook” sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərə öz nəşrlərindən pul qazanmağa kömək etmək üçün yeni üsullar araşdırır.

Şəbəkə istifadəçiləri statuslarına görə pul qazana biləcək.

Bu məqsədlə “Facebook” rəhbərliyi istifadəçilər arasında sorğu keçirir. İstifadəçilər şərh və statuslarını pula çevirməsinin ən maraqlı variantlarını seçməlidilər: statusa görə, brendləşdirilmiş kontent və reklamlardan əldə olunan gəlirlərin bir hissəsi.

Sorğunun gedişatında istifadəçilərə həmçinin “hərəkətə çağırış” adlı yeni düymə haqqında fikir bildirmək də təklif olunur. Bu düymə istifadəçilərə ianə toplamaq üçün nəzərdə tutulur. Yeniliyin nə zaman reallaşacağı hələlik məlum deyil.

ANS