RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Fairmont Baku – da təcrübə keçmək şansı

1.1K

ASAN könüllüləri bu dəfə Fairmont Baku – da təcrübə keçmək şansı qazanacaqlar.

Xidmət sahəsində geniş iş imkanları və uğurlu karyera qazanmaq istəyən könüllülərimiz bu dəfə müasir Bakımızın simvollarından biri halına gəlmiş Flame Towers ( Alov qüllələr ) kompleksində yerləşən Fairmont otelində təcrübə keçə biləcəklər.  Müraciət üçün göstərilən keçid vasitəsilə qeydiyyatdan keçə bilərsiniz :  http://goo.gl/AT7CGM

Müraciət edən könüllülərimizin təcrübə keçəcəkləri departamentlər onların göstəriciləri üzrə müəyyən olunacaq və 1 həftə ərzində kandidatın özünə nəticələr bildiriləcəkdir. Təcrübə proqramı 2-3 ay davam edəcək. Təcrübə proqramının sonunda hər bir iştirakçı sertifikat ilə təmin olunacaqdır.

Könüllülərə təcrübə keçmək üçün təklif olunan departamentlər və tələbləri:

  •  Maliyyə – Təchizat

Əsas Tələblər

  • İngilis, azərbaycan və ya türk dillərində ünsiyyət qabiliyyətinə malik olmaq;
  • Microsoft Windows kompyuter biliklərinə malik olmaq;

  • Komandanın işində köməklik göstərmək üçün sərbəst şəkildə tapşırıqları öhdəsinə götürməyi bacarmaq;

  • Təhlükəsiz, tədbirli və sistemli şəkildə işləməyi bacarmaq.

  • İnformasiya Texnologiyaları  

Əsas Tələblər

  • Ən son texnoloji yeniliklər barədə biliklərə sahib olmaq və təkmilləşdirmə öhdəliyini davam etdirmək;
  • İngilis, azərbaycan, rus və türk dillərində şifahi və yazılı ünsiyyət bacarıqları;

  • Əla komanda vərdişləri olması və yüksək səviyyəli təşəbbüskarlıq göstərmək.

  •  

    • Texniki təmir işləri

    Əsas Tələblər

    • Texniki sahədə məlumatlı olmaq;
  • Komandanın işində köməklik göstərmək üçün sərbəst şəkildə tapşırıqları öhdəsinə götürməyi bacarmaq;

  • Təhlükəsiz, tədbirli və sistemli şəkildə işləməyi bacarmaq.

  •  

    • İnzibati təsərrüfat İşləri    

    Əsas Tələblər

    • Azərbaycan və ya rus dillərində sərbəst ünsiyyət etmək;
  • İngilis dilini sadə səviyyədə başa düşmək;

  • Komanda üzvü və çox dinamik bir insan olmaq.

  •  

    • Ön ofis /Qonaq xidmətləri    

    Əsas Tələblər

    • Qonaqlara xidmət sahəsinə həvəsli olmaq;
  • İngilis və azərbaycan dillərində yazılı və şifahi ünsiyyət qabiliyyətinə malik olmaq, ətrafdakılarla münasibət qurmaq və liderlik bacarıqlarına malik olmaq;

  • Şövqlü mütəşəkkil və sərbəst çalışmaq həvəsi olmaq;

  • Çoxsaylı tapşırıqları və qonaqlarla bağlı tələbləri icra etmək qabiliyyətinə malik olmaq;

  • Sərbəst işləmək qabiliyyətinə malik olmaq və verilən tapşırıqlara məsuliyyət ilə yanaşmaq;

  • Microsoft Windows kompyuter proqramlarını bilmək (Word, Excel, PowerPoint);

  • Komanda üzvü kimi çalışmağı bacarmaq və şöbələr arasında əməkdaşlıq münasibətlərini qoruyub saxlamaq.

  •  

    • Xüsusi xidmətlər

    • Qida və iaşə departamenti/Restoranlar/Banketlər

    Əsas Tələblər

    • Qida, şərab və iaşə xidmətləri sahələrinə həvəsli olmaq;
  • Növbə ərzində tez-tez gəzmək, ayaq üstə və oturaq vəziyyətdə olmaq;

    • Son dərəcə məsuliyyətli və etibarlı bir insan olmaq;

    • Diqqətini qonaqların istəklərinə cəmləmək.

    • Kulinariya – mətbəx

    Əsas tələblər:

    • Kulinariya sənətinə və qonaqların sifarişlərinin icra edilməsində həvəsli olmaq;

    • Qonaqlarla və əməkdaşlarla sıx iş münasibətləri qurmaq;

    • Liderlik və işi daha da irəli aparmaq qabiliyyətinə malik olmaq.

    Şərhlər

    Çox oxunanlar (günlük)

    Çox oxunanlar (həftəlik)

    RESPONSIVE LEADERBOARD AD AREA
    Yuxarı