Fastfud insan orqanizmini tez qocaldır?

Missuri ştatının (ABŞ) alimləri müəyyən ediblər ki, fastfud təkcə piylənməyə səbəb olmur, həm də beynin fəaliyyətinə mənfi təsir göstərir.

Tədqiqatlarda Amerika əsgərləri iştirak ediblər. Əsgərlərin bir qisminə çevik qidalanma restoranlarından standart menyu verilib. Onlar hamburgeri, hot-doqu və yüksək kalorili qazlı içkiləri əvvəlcə bəh-bəhlə qarşılayıblar. Lakin bir neçə gündən sonra onlar ümumi nasazlıq və zəiflik hiss etməyə başlayıb və müəyyən müddətdən sonra müsli, kəsmik, meyvə-tərəvəz, yoğurt yeyən yoldaşlarına həsədlə baxıblar.

Bir il davam edən sınağın ilk aylarında əsgərlərin fiziki hazırlıq səviyyəsində və ruhi vəziyyətində fərqlər müşahidə olunub. Əsgərlərin 60 faizində ağız boşluğu və diş xəstəlikləri, dəmir çatışmazlığı, mədə pozğunluğu, zəiflik və halsızlıq müşahidə olunub.

SİA.AZ