Fermerlərə şok təklif

Artıq aqrar fəaliyyətlə məşğul olan fermerlərin güzəştli kredit əldə etməsi üçün banka getməyə ehtiyac yoxdur. Fermerlər onlayn müraciət etməklə kredit əldə edə bilərlər. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib.

M.Əliyev qeyd edib ki, bununla bağlı Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin saytında yeni platforma yaradılıb.

Sistemdə maliyyə vəsaitinə ehtiyacı olan fermerin elektron formada göndərdiyi müraciət seçdiyi müvəkkil kredit təşkilatı tərəfindən də izlənilir. Layihənin qiymətləndirilməsi aidiyyəti qurumla birgə paralel aparılır. Bu isə əlavə vaxt itkisinin qarşısını alır, sənədləşmə xərclərinin azalmasını və şəffaflığı təmin edir. Müraciət forması “Asan İmza” vasitəsilə həyata keçirilir.

Xidmət rəisi vurğulayıb ki, vətəndaşlardan müəyyən sənədlər, eləcə də biznes plan tələb olunur. Kreditlərin məbləği isə Nazirlər Kabinetinin müvafiq Qərarı ilə tənzimlənir. Belə ki, 5 ilə verilən kreditin maksimim həddi 200.000 manat, orta faiz dərəcəsi isə illik 5 faizdir. Əsas məqsəd aqrar sahə ilə məşğul olan kiçik və orta sahibkarlığa dəstək verməkdir.

SİA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here