FETÖ əməliyyatı professorlara sıçradı

İzmirdə keçirilən FETÖ əməliyyatında çox sayda professor hüquq- mühafizə orqanları tərəfindən nəzarətə alınıb.

İzmirdəki Ege Universitetində FETÖ istiqamətli keçirilən əməliyyat zamanı aralarında professorların da olduğu 15 şübhəli nəzarətə alınıb. İzmir Respublika Prokurorluğu Terror və Mütəşəkkil cinayətlər İstintaq Bürosunun icra etdiyi FETÖ əməliyyatı Manisa və Ankarada da eyni vaxtda təşkil edilib.

Əməliyyatda haqqlarında həbs qərarı olan 23 nəfərdən 15-i saxlanılıb. FETÖ üzvü olduqları iddia edilən bəzi şübhəlilərdən gizli yazışma proqramı “ByLock” təsbit edilib. Universitet qaynaqları və imkanlarını təşkilat lehinə istifadə etdikləri ifadə edilən şübhəlilər haqqındakı araşdırmalar davam edir.

Cebhe.info

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here