Fevralın 18-də Dövlət İmtahan Mərkəzində TOEFL imtahanı keçiriləcək

Fevralın 18-də Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL imtahanı keçiriləcək.

DİM-dən bildiriblər ki, imtahan DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq və saat 8.00-da başlanacaq. İştirak edəcək şəxslər saat 7.30-dək imtahan binasında olmalıdırlar.

Növbəti TOEFL imtahanlarının DİM test mərkəzi tərəfindən martın 4-də, aprelin 15-də, mayın 13-də və iyunun 10-da keçirilməsi nəzərdə tutulur.

http://tqdk.gov.az/exam/toefl/ linkində təqdim edilən məlumatla tanış olmaqla TOEFL imtahanına qeydiyyatdan keçmək mümkündür.

AZƏRTAC