Fevralın 5-də elan olunmuş ümumi müsahibəyə sənəd qəbulu davam edir

Dövlət İmtahan Mərkəzi tərəfindən beş dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə fevralın 5-də elan olunmuş ümumi müsahibəyə sənəd qəbulu davam edir.

DİM-dən bildirilib ki, fevralın 14-nə olan məlumata görə, ümumi müsahibəyə çıxarılan vəzifələri tutmaq üçün 23 nəfər ərizə verib. Ümumilikdə Hesablama Palatasında 6, Qida Təhlükəsizliyi Agentliyində 5, Mədəniyyət Nazirliyində 3, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2, Gəncə Apellyasiya Məhkəməsində 1 vəzifə olmaqla 17 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb.

Xatırladaq ki, DİM tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir. Namizədlər martın 7-si saat 18:00-dək mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here