RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT 2019.11.06 15:49

Fəzail Ağamalı radio və televiziya işçilərini təbrik edib

37

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı radio və televiziya işçilərini təbrik edib. Təbrikdə deyilir:

Hörmətli, Radio və Televiziya işçiləri!

Peşə bayramız münasibətilə Sizləri təbrik edir, çətin və şərəfli fəaliyyətinizdə hamınıza uğurlar arzulayıram.

1926-cı il noyabrın 6-da “Danışır Bakı” ifadəsi Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik yaratdı. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə Azərbaycanda mətbuat üzərindən senzuranı götürməsi, bütün sahələrində olduğu kimi, teleradio sistemində də demokratik prinsiplərə söykənərək ciddi uğurlara imza atdı.

Teleradio fəaliyyəti uzun, keşməkeşli və şərəfli bir yol keçərək hər birimizin həyatının bir parçasına çevrildi.Bu gün teleradioda çalışan soydaşlarımız xalqımızın mədəniyyətini, tarixini və çoxəsrlik milli ənənələrini regionda və dünyada layiqincə təbliğ edirlər.

Bir daha bu əlamətdar gün münasibətilə bütün elektron KİV-də çalışan və yeri gəlmişkən respublikamızda, dünyada baş verən hadisələrin cəmiyyətdə və ölkəmizdə gedən demokratik dəyişikliklərin beynəlxalq aləmə çatdırılmasında, geniş analitik təhlillər aparan, yüksək professionallıq və əsl vətənpərvərlik mövqeyi göstərən jurnalistlərimizi də təbrik edir, onlara işlərində uğurlar arzulayıram!

Bayramınız mübarək!

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı