FHN-in Qarabağ Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzi avqustun 28-də Bərdə rayonunun hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirib.

FHN-dən bildiriblər ki, məşqin keçirilməsində məqsəd hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.

Məşq zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb. Tədbirdə, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Sonda Bərdə rayonunun hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstə rəhbərlərinin iştirakı ilə məşqin təhlili aparılıb. Təhlil zamanı məşqin gedişində yaranan çatışmazlıqlar diqqətə çatdırılıb, müvafiq tapşırıq və tövsiyələr verilib.

Məşqə mərkəzin aidiyyəti struktur bölmələri, yerli icra hakimiyyəti orqanının mülki müdafiə qərargahı, ərazi mülki müdafiə qüvvələrinin şəxsi heyəti cəlb olunub.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here