Fidan Mehdili – Məhsəti Gəncəvi

Fidan Mehdili

Sənində qələmin var.
Məhsəti Gəncəvi
Dərin hissiyyatlı, incə təbiətli, zərif оlduqları qədər də möhkəm və dözümlü оlan, mənəvi yükün əsas ağırlığını çiyinlərində daşıyan qadınlarımızın yaratdıqları əsərlər də özləri kimi lətif və əvəzsizdir. Ədəbiyyat da tərbiyəçidir, qadın da. Belə qadınlardan biri,bəlkədə elə birincisi Məsəti Gəncəvidir.
XII əsirdə yaşıyıb yaradan,Azərbaycanımızın tarixində öz dərin izlərini qoymuş bu qadın ədəbiyyatımızın inkişafında mühüm rolu olan sənətkarlardandır. XII əsrdə dünyanın heç bir yerində bu qədər qüdrətli qadın şairəsinə rast gəlmək mümkün deyil.
Məhsəti Gəncəvi təqribən 1089-cu ildə Gəncə şəhərində doğulmuşdu. Onun həyatı haqqında çox az məlumat var. Ancaq yazılanlara görə o, 14 yaşında öz şeirlərini yazmağa başlayır. Onun rübailəri çox şirin və qadın incəliyi ilə seçilir.Onun əsl adı Mənicə idi, Məhsəti adını isə özünə ədəbi təxəllüs kimi götürmüşdü.
Məhsəti adının mənası isə gözəl, böyük, dahi deməkdir.Elə adından göründüyü kimi Məhsəti xanım, həqiqətəndə gözəl qadın,əsirlər keçsədə yazıb yaratdığı şeirləri ,rübailəri,əsərləri,qəzəlləri ilə tariximizdə böyük izlər qoyan dahi insan olub.
Məhsəti hər şeydə birincilik qazanmışdır. O, nəyinki ilk məşhur Azərbaycan şairəsi, eyni zamanda ilk şahmatçı qadın, ilk görkəmli qadın musiqiçimiz ilk qadın bəstəkarımız kimi tarixə düşmüşdür. O işıqdır,dünyadır,o əsil sevgidir.Onda azadlıq, müdrüklük,sakitlik, daxili aləmin gücü hiss olunurdu.Bir kəlmə ilə əsil Azərbaycan xanımı.
Bəs bizə,bu dövrümüzün Məhsəti Gəncəvisi,əsil Azərbaycan xanımı olmağımızda manə olan nədir? Niyə bizdə onun kimi öz dövrümüzün ağıllı,savadlı,güclü bir qadın deyilik?
Buna səbəb olan amillərdən biri nəsə etmək istəyib alınmayacağından qorxaraq heçnə etməməyimiz.Öz üzərimizdə işləməməyimiz,utancağlığımız,özümüzə güvənimizin olmaması.Daim nələrdənsə qorxub çəkinməyimizdir.
Məhsəti Gəncəvi hər birimiz kimi adi bir qadın idi sadəcə özünə güvənən hər zaman öz üzərində işləyərək,oxuyub öyrənərək,görüb götürərək,dinləyib nəticə çıxararaq, düşüncələrini və fikirlərini lazım olan tərəfə yönəldib,inkişaf etdirib bu əbədiyyat zirvəsinə qalxmışdı.
Nə qədər ki,bizim ideallarımız kumirlərimiz, Məhsəti Gəncəvi kimi dahi insanlar deyil də, əlində mikrafon olub da dilində bir kəlmə mənalı,düşündürücü,sözü olmayan barbilər olacaq,biz heç vaxt irəliyə gedə bilməyəcəyik.
Hamımızın bildiyi gözəl bir deyimimiz var,”Ot kökü üstə bitər”.Bizim keçmişimiz elə bizim köklərimizdi.Axı bizim millətimizin, cəmiyyətimizin, Azərbaycanımızın kökündə,Məhsəti Gəncəvi kimi dahi şəxsiyyətlər var.Bu bizim kökümüzdə qanımızda var,sadəcə olaraq həmin köklər üzərində balaca fidanlar yetişdirməli onu soyuqdan şaxdadan qoruyaraq, ayaq altına düşüb məhv olmağına imkan vermədən balaca fidanlardan hündür,iri gövdəli,çox şaxəli ağaclar yetişdirməliyik.Bunun üçün isə öz üzərimizdə işləməliyik.Bütün günü boş bekar oturduqca heçnəyə nail ola bikməyəcəyik.Bekarçılıq cavanların fəlakətidir. Bu fəlakəti özümüzdən uzaq tutmalıyıq.
Kimsə özünü bəxtliksizlikdə və ya şansızlıqda qınayırsa buda düz deyil,çünki genetik olaraq iki valideyndən 30 milyon uşaq dünyaya gələ bilər. Əgər biz o 30 milyon arasından seçilib dünyaya gəlmişiksə, artıq şanslıyıq.Burdanda göründüyü kimi bu dünyada yaşayan heç kim özünü şansızlıqda günahlandırmamalıdır. Çünki biz bu dövürdə bu əsrdə doğulmuşuqsa deməli şanslıyıq.
XII əsrlə XXI əsr arasında çox böyük bir fərq var.IX əsr keçib Məhsəti Gəncəvinin dövtündən 900 il deməkdi bu.İndi texnalogiyanın bu qədər inkişaf etdiyi bir dövürdə yaşayırıq.Yəni istəklərimizi reallaşdıra bilməyimiz üçün bizim o dövürlə müqayisədə daha çox şansımız var.Ancaq təəsüf ki, texnalogiyadan lazım olan formada və istiqamətdə istifadə etmirik, alnamırıq ki, biz özümüzü, gələcəyimizi məhv edirik.Düşünən də ki,texnalogiyanın olmadığı bir dövürdə yaşayan, öz istəklərini reallaşdırmaq üçün daha çox çətinliklərə tab gətirən,güclü iradəsi,iti zəkası, özünə və sözünə güvəni olan, ən əsas qadınlara qarşı haqsızlıqlar,zorakılıqlar olan bir dövürdə yaşayan,öz sözünü deyən, qadınların nələrə qadir olduğunu IX əsr əvvəl sübüt edən Məhsəti Gəncəvinin törəmələriyik, indiki dövürdə,yəni qadınında cəmiyyətdə kişilərlə eyni hüquqlara malik olduğuna hamının qəbul etdiyi bir dövürdə,texnalogiyanın inkişaf etdiyi bir dövürdə,biliyə,savada,elmə yiyələnmək üçün,gələcəyimiz üçün, ancaq öz üzərimizdə işləyərək özümüzə güvənərək irəliləməli olduğumuz bir dövürdə, gələcəyimiz üçün heç bir addım atmırıq, bu həqiqətən də çox acınacaqlıdır.
Məhsəti Gəncəvi bizim keçmişimizdi.Deyirlər,keçmişini unudanın gələcəyi olmaz.Bu o demək deyil ki,biz keçmişimizlə yaşamalıyıq.Keçmişimizi öyrənək,gələcəyimizi yaradaq. Biz keçmişimizlə yaşamalı deyil keçmişimizi unutmamalı bu günümüzlə yaşamalı və gələcəyə böyük ümidlərlə baxaraq irəliləməliyik. Gəlin Məhsəti Gəncəvinin bizə miras qоyduğu ədəbiyyatımızı daha da zənginləşdirək və zirvələrə qaldıraq.