Filarmoniyada müəllim və tələbələr konsert veriblər

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) instrumental ifaçılıq kafedrasının professor-müəllim və tələbələrinin iştirakı ilə konsert keçirilib.

Universitetdən  bildirilib ki, konsert Teymur Göyçayevin rəhbərliyi altında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə keçib. ADMİU-nun müəllimi Leyla Əliyeva və tələbələri Zülfiyyə Muxtarova, Günel Quliyeva, Lalə Əhmədova, İlahə Salmanzadə İ.S.Baxın əsərlərini ifa ediblər.

AZƏRTAC