RESPONSIVE LEADERBOARD AD AREA
ƏDƏBİYYAT

Fin dilində nəşr olunan “Azərbaycanın lirika antologiyası”nın təqdimatı olub

494

Azərbaycan Yazıçılar Birliyində (AYB) Finlandiyanın “Ntamo” nəşriyyatında dərc olunan “Azərbaycanın lirika antologiyası”nın təqdimat mərasimi keçirilib.

AzərTAc xəbər verir ki, kitabı Tahirə Cəfərova tərtib edib. Kitabda iyirmi yeddi şairin şeiri yer alıb. Şeirləri fin dilinə Tahirə Cəfərova, Leevi Lehton, Hannu Məkələ, Yukka Mallinen, Timo Malmi tərcümə ediblər.

Kitabın təqdimat mərasimində AYB-in sədri, xalq yazıçısı Anar “Azərbaycanın lirika antologiyası”nı tərtib edən Tahirə Cəfərovaya təşəkkür edib, ona Azərbaycan Yazıçılar Birliyinin diplomunu təqdim edib.

İlk dəfə fin dilində belə bir antologiyanın nəşr olunması yüksək qiymətləndirilib və bu istiqamətdə işin ardıcıl aparılması diqqətə çatdırılıb.

Mərasimin sonunda çıxış edən Tahirə Cəfərova bundan sonra da Azərbaycan ədəbiyyatının təbliği istiqamətində mühüm işlər görəcəyini söyləyib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı