“FİNCA Azerbaijan” işçi axtarır

“FINCA Azerbaijan” Bank Olmayan Kredit Təşkilatı (BOKT) “Hüquq işləri üzrə köməkçi” vəzifəsinə işə qəbul elan edib. Dialoq.info-nun BOKT-a istinadən verdiyi məlumata görə, namizədlər Azərbaycan dilində sərbəst danışmağı (İngilis və Rus dillərini bilmək arzuolunandır), MS Office proqramlarına işləməyi bacarmalıdır. Mülki, mülki-prosessual, inzibati məsuliyyət, maliyyə-kredit və bank qanunvericiliyini bilənlərə üstünlük veriləcək. Bu sahədə 1 illik iş təcrübəsinin və yaxud yüksək təhsil göstəricilərinin olması arzuolunandır.

Əsas vəzifə öhdəlikləri:
– Hüquq Departamentinin Meneceri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin Təşkilatın qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün daim çalışmaq;
– Bütün fəaliyyətini Təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
– Borcunu ödəməyən müştərilərə qarşı müvafiq xəbərdarlıq məktublarını göndərmək, iddia ərizələrini hazırlayaraq məhkəməyə göndərmək;
– Hüquq Departamentinin fəaliyyəti zamanı inzibati işləri, sənəd dövriyyəsini təşkil etmək, kargüzarlığın müvafiq qaydada həyata keçirilməsinə nəzarət etmək;
– Hüquq Departamentinin Meneceri tərəfindən tapşırılmış digər vəzifələri yerinə yetirmək;
Maraqlanan –lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu yerində vəzifənin adı mütləq qeyd olunmalıdır.