Fizika fənni üzrə elmi-metodiki seminar

Fizika fənni üzrə elmi-metodiki seminar

11 noyabr 2015-ci il tarixdə, saat 10:00-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Fizika fənni üzrə elmi-metodiki seminar keçirilmişdir.

Gündəlik məsələ 2015-ci ildə ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili olmuşdur.

Seminarda Bakı və Sumqayıt şəhərlərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri gündəlik məsələ ilə bağlı fikirlər bildirmiş, təkliflər vermişlər. Həmçinin TQDK-nın Gəncə, Şəki, Göyçay, Lənkəran və Ağcabədi regional bölmələri ilə internet vasitəsilə “Skype” əlaqəsi yaradılmışdır.

Seminarda müzakirəsi aparılmış 10 (A variantı, 106-115, B variantı, 102, 103, 108, 109, 112, 115, 118, 120, 122, 123) test tapşırığının hər biri imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu, nominasiya və mürəkkəblik dərəcəsinə görə təhlil edilmişdir.

Növbəti seminarda (18 noyabr 2015-ci il tarixdə, saat 10:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) test tapşırıqlarının müzakirəsi davam etdiriləcəkdir.