RESPONSIVE LEADERBOARD AD AREA
MEDİA VƏ QHT 2019.11.01 13:18

Fizuli Məmmədovdan qazi ailəsinə dəstək

62

Rusiya Azərbaycanlıları İttifaqının prezidenti, ünlü iş adamı Fizuli Məmmədov Qarabağ qazisi Etibar Quliyevin qızı Nərminənin müalicəsini üzərinə götürüb. RAİ-nin yaydığı xəbərdə bildirilir ki, oktyabrın 9-dan ağır vərəm diaqnozu ilə Moskva xəstəxanalarından birinə yerləşdirilən Nərminə Quliyevanın müayinəsindən sonra həkimlər həyati təhlükəni atlatması üçün xəstənin ağ ciyərində əməliyyat aparılmasının vacibliyini bilidiblər.

Əməliyyata vəsaiti çatmayan qazi ailəsi dəstək üçün Rusiya Azərbaycanlıları İttifaqına müraciət edib. Qısa zaman sonra Fizuli Məmmədov cərrahiyyə və reabilitasiya dönəmi üçün xərclərin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Mədəniyyət Fondu tərəfindən ödənilməsi haqqında qərar qəbul edib. Əməliyyatı əslən azərbaycanlı professor Məmməd Adilov gerçəkləşdirib.
Klinikadan verilən açıqlamada bildirilir ki, uğurla keçən əməliyyatdan sonra xəstənin duruma stabilləşir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı