Fransa silahları Azərbaycana gətirilir – İrəvanın “qorxulu röyası” çin olur

Gələn ay Bakıda keçiriləcək növbəti hərbi sərgiyə fransız şirkətləri də qatılacaq; Azərbaycan həm də qabaqcıl Avropa ölkələri hesabına silah təchizatını şaxələndirir; rusiyalı tanınmış politoloq: “Erməni işğalı o vaxt sona çatacaq ki…”
Qarabağ danışıqlarında davam edən durğunluq, ATƏT-in Minsk Qrupu həmsədrlərinin uzun müddətdir heç bir real təşəbbüslə çıxış etməməsi müharibə mövzusunu bu gün gündəmin ən yuxarı başında saxlayır. Lakin münaqişə zonasında hərbi əməliyyatlar başlamasa belə, problemin dinc həll yolu üçün hərbi faktorun, hərbi göstəricilərin önəmi qalır və getdikcə artmaqdadır.

Sözsüz ki, güclü diplomatiyanın arxasında ilk növb!s8!Y9%c güclü*kr’} Oel%G$BqdC-B1r. O üzdən ərazisinin 20%-i erməni iaG,alı altında Azərbaycan%Hp#e7GX?[@2ca qüdrətini artırmağa xüsusi diqqət və böyük maliyyə ayırması, hərbi xərclərin illik büdcəmizdə ən böyük paya malik olması təbiidir. Həlli uzanan Qarabağ konflikti Bakını həm də silahlanma siyasətini şaxələndirmək zorunda qoyur.

*****Bu arada sentyabrın 25-dən 27-dək Bakıda keçiriləcək “ADEX-2018″ sərgisinə hazırlıqlar davam edir. ”Azeri Defence”nin məlumatına görə, bu ilki sərgi iştirakçıların miqyasına görə əvvəlki iki sərgidən fərqlənir. Belə ki, qarşıdakı sərgidə maraqlı nüanslardan biri son illər Azərbaycana regionda güc balansını dəyişən silah sistemlərinin satışını həyata keçirmiş şirkətlərin və silah embarqosunu aradan qaldıran ölkələrdən istehsalçıların qatılmasıdır.Məlumata görə, cari ildə Azərbaycana LORA operativ-taktiki raket komplekslərinin, eləcə də əvvəlki illərdə “Heron” PUA və “Harop” kamikadzelərinin və LAHAT raketlərinin satışını həyata keçirən İsrailin “İsrael Aerospace İndustry”, ötən il “SpGH Dana” özüyeriyən haubitsaların və RM-70 “Vampir” yaylım atəşli reaktiv sistemlərin satışı ilə Ermənistanı şoka salan Çexiyanın “Excalibur Army”, “Polonez” raket sistemlərini istehsal edən Belarusun Dəqiq Elektromexanika Zavodu, “Sand Cat” zirehli avtomobillərinin istehsalçısı olan “Plasan” şirkəti ADEX-2018 sərgisində təmsil olunmaqla, özlərinin yeni məhsullarını da Azərbaycanın hərbi qurumlarına tanıdacaqlar.KTMT üzvü olmasına rəğmən, Azərbaycanın əsas hərbi tərəfdaşlarından olan Belarusu sərgidə son illərdə Azərbaycana radiolokasiya, radioelektron mübarizə sistemləri və ZRK-lərinin satışını həyata keçirən “Radar KB” ASC, “OKB TSP”, “558 nömrəli Aviasiya Təmiri Zavodu” ASC və digər şirkətlər təmsil edəcək. Ən maraqlısı isə odur ki, sərgidə Azərbaycana silah embarqosunu aradan qaldıran Fransanın müdafiə sənayesinin geniş şəkildə qatılması gözlənilir.

Fransadan sərgidə MBDA Systems, CİFAL Group, “Naval Group”, “Airbus Defense”, “Etienne Lacroix”, “Nexter Systems”, “Proengin” və “Thales” şirkətləri təmsil olunacaq. “ADEX-2018″ sərgisində Fransa ilə yanaşı, NATO və Avropa Birliyi ölkələrindən İtaliya, İspaniya, Litva, Latviya, Bolqarıstan, Çexiya və Niderlandın hərbi şirkətləri də Azərbaycan Silahlı Qüvvələrinə müxtəlif məhsulların təqdimatını keçirəcəklər.

*****

“Yeni Müsavat” xatırladır ki, az öncə Azərbaycanın Fransadan da hərbi məhsullar almağa hazırlaşması barədə xəbərlər yayılmışdı. Bu da Fransanın “kiçik bacı” saydığı işğalçı ölkədə ciddi təlaş yaratmışdı. Doğrudur, Fransanın Azərbaycandakı səfəri ardınca diplomatik ehtiyatlılıqla xəbəri təkzib elədi. Ancaq “ADEX-2018″ sərgisində bu ölkənin hərbi şirkətlərinin də qatılmağa hazırlaşması düşmən ölkənin təlaşının əsaslı olduğunu göstərir.Beləcə, Azərbaycan qabaqcıl Avropa dövlətlərinin, o cümlədən Fransanın hesabına özünün silah təchizatını şaxələndirmək siyasətini uğurla davam etdirmək şansına malikdir. Bu isə işğalçı ölkə üzərində hərbi üstünlüyün daha da böyüməsi perspektivi deməkdir.

Yeri gəlmişkən, az öncə Ermənistan aşağı keyfiyyətli Hindistan hərbi texnikasına maraq göstərdiyi haqda məlumat yayılmışdı. Guya bununla düşmən ölkənin yeni hökuməti Rusiyadan silah asılılığını azaltmaq və hərbi sahədə əməkdaşlığı şaxələndirmək niyyətindədir. Lakin bundan ötrü ən əvvəl ölkənin iqtisadi-maliyyə durumu yaxşı vəziyyətə gətirilməlidir. Bu isə yeni hakimiyyət üçün də əlçatmazdır və Azərbaycan torpaqlarının işğalı davam etdikcə əlçatmaz olaraq qalacaq. Nəhayət, Rusiya o halda İrəvana silah-sursatı daxili qiymətə, güzəştli kreditlərə, “ölü” pula deyil, Azərbaycan kimi nağd, “diri” pula və dünya bazarı qiymətinə satacaq ki, bu qiymətlər də düşmən ölkənin imkanları xaricindədir.

*****

Bəs Paşinyan hökuməti hərbi təchizat sahəsində hansısa müsbət nəticəyə nail ola, Ermənistanın iqtisadi-maliyyə göstəricilərini yaxşılaşdıra bilərmi?

Tanınmış rusiyalı tarixçi-alim və analitik, qafqazşünas Oleq Kuznetsov buna şübhə edir. İşğalçı ölkənin günü-gündən ABŞ-ın təsir dairəsinə düşdüyünü söyləyən politoloq ABŞ-ın İrəvana təklif etdiyi siyasi sistemi Sərkisyan rejimi dönəmindəki siyasi sistemdən daha proqressiv və sivil saysa da, Qarabağ problemi həll olunmadan ölkənin bu sistemə keçə bilməyəcəyi qənaətindədir (teleqraf.com).

“Təsəvvür edin, ölkə XXI əsrdədir, ancaq XVII əsrin ideologiyası ilə yaşayır. Paşinyan əsası olmayan bütöv bir populist şüarlar sistemi irəli sürüb və dünyaya yeni baxış modelini təqdim edib. Nikol Paşinyan ondan eşidilmək istənilənləri deyir. O bildirir ki, Qarabağ konfliktinin sülh yolu ilə tənzimlənməsinin tərəfdarıdır. Amma öz oğlunu Qarabağa hərbi xidmətə göndərir. Göstərmək istəyir ki, Dağlıq Qarabağ ”müstəqil” dövlətdir”, – deyə o qeyd edib.

Qarabağ probleminin həll perspektivinə gəldikdə analitik xatırladıb ki, daxili siyasət xarici siyasəti müəyyən edir. “Ermənistan ictimai fikrində feodalizmə yaxın dini-mistik dünyagörüşü hakim olduğu müddətdə işğalı davam etdirəcək. Nə vaxt ki, insanlar yalnız milli yox, dünyəvi dəyərlərlə yaşamağın lazım olduğunu başa düşəcək, onda işğal sona çata bilər. Ermənilər özlərindən soruşmalıdır, bu kimə lazımdır? Çünki ölkədən material və intellektual resursların axını davam edir. Ermənilər seçim etməlidir: ya dalana dirənəcəklər, ya da ümumi inkişaf yolunu seçib işğaldan vaz keçəcəklər” – rusiyalı tarixçi-alim sonda əlavə edib.

Ancaq məsələ də elə bu seçimin doğru edilməsindədir. Bundan ötrü Ermənistanda daha bir inqilaba ehtiyac var – şüurlarda…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here