RESPONSIVE LEADERBOARD AD AREA
BAXIŞ BUCAĞI 2019.09.15 12:36

Fransa təşkilatı yerli deputatların Dağlıq Qarabağa səfərini pisləyib

64

Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel kütləvi informasiya vasitələrinə fransalı deputatların Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ regionuna səfərini pisləyən müraciət ünvanlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, təşkilat müraciətdə Fransa hökumətini və Fransa Milli Assambleyası (Parlament) rəhbərliyini bu təxribat xarakterli əmələ qarşı lazımi tədbir görməyə çağırıb.

Sənəddə bildirirlir ki, deputatlar istədikləri yerə getməkdə azaddırlar, lakin Azərbaycanın işğal olunmuş ərazisinə rəsmi səfər etməklə beynəlxalq hüququ pozublar:

“Əgər deputatlar 1870-1914-cü illərdə alman hökumətinin dəvəti ilə Alsas-Loren regionuna səfər etsəydilər, fransızlar bunu necə qəbul edərdilər?”

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı