RESPONSIVE LEADERBOARD AD AREA
İQTİSADİYYAT 2019.09.17 02:54

Fuat Oktay: Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 8 dəfə artıb

43

2002-2018-ci illər arasında Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 8 dəfədən çox artaraq 3,2 milyard dollar təşkil edib. 2023-cü ilə qədər iki ölkə arasında ticarətin 15 milyard dollara qədər artırılması planlaşdırılır.

Bunu Türkiyənin Vitse-prezidenti Fuat Oktay Azərbaycan-Türkiyə biznes forumunda deyib.

Onun sözlərinə görə, 2018-ci ildə Türkiyənin Azərbaycana ixracatı əvvəlki ilə nisbətən 8,7 faiz artıb. Hesabat dövründə idxal 32 faiz artaraq 1,8 milyard dollar təşkil edib.

Vitse-prezident qeyd edib ki, iki ölkə arasında preferensial ticarət haqqında saziş 2019-cu ilin sonuna qədər imzalanacaq.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı