“Funksional ekologiya və ətraf mühit” mövzusunda keçirilən konfransda ən mühüm ekoloji problemlər müzakirə edilib

Noyabrın 14-də öz işinə başlayan “Caspian Ecology” 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi çərçivəsində ilk dəfə olaraq “Funksional ekologiya və ətraf mühit” mövzusunda konfrans keçirilib.

Konfransda “Su ehtiyatlarının mühafizəsi və səmərəli idarə olunması”, “Su təsərrüfatında enerji effektivliyi və ekoloji cəhətdən təmiz texnologiyaların inkişafı”, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti”, “Davamlı inkişaf prinsipləri çərçivəsində ətraf mühitin idarə olunması”, “Ətraf mühitin mühafizəsi məqsədilə “yaşıl iqtisadiyyat” prinsiplərinin tətbiqi”, “Atmosferin çirklənməsində nəqliyyat vasitələrinin yeri”, “Qlobal İstiləşmə” kimi mühüm ekoloji məsələlərə toxunulub.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mütəxəssisləri, IDEA İctimai Birliyinin, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri və qeyri-hökumət təşkilatlarının rəhbərləri çıxış edib və mövzular ətrafında geniş müzakirələr aparıblar.

Konfransın keçirilməsində əsas məqsəd dövlət qurumları, işgüzar dairələr və ekspert təşkilatları arasında dialoq və təcrübə mübadiləsi aparmaqdır.

Xatırladaq ki, “Caspian Ecology” 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi “Caspian Event Organisers” (CEO) şirkətinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin dəstəyi ilə təşkil olunub.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here