“Funksional–semantik baxımdan ocaqlar və pirlər” kitabı çapdan çıxıb

“Funksional–semantik baxımdan ocaqlar və pirlər” kitabı çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun böyük elmi işçisi Nuridə Muxtarzadənin “Funksional–semantik baxımdan ocaqlar və pirlər” kitabı çapdan çıxıb.

İnstitutdan bildiriblər ki, nəşrdə mənəvi dünyamızın təməl anlayışlarından biri olan ocaq və pirlərin funksional–semantik tərəfləri öyrənilib. Azərbaycanın cənubunda yerləşən Masallı rayonunun ocaq və pirləri haqqında söylənilən dini əfsanələr, ziyarət yerlərinin şəfaverici və sosial funksiyası, mədəniyyətimizdəki rolu nəşrdə əsas araşdırma predmetidir.

Kitabın elmi redaktoru professor Füzuli Bayatdır.

AZƏRTAC