Futbol üzrə Estoniya millisinin baş məşqçisi istefa verib

Futbol üzrə Estoniya millisinin baş məşqçisi Martin Reym “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində Almaniyaya 0:8 hesablı məğlubiyyətdən sonra vəzifəsindən istefa verib.

AZƏRTAC xəbər verir ki, 2016-cı ildən komandanı çalışdıran baş məşqçi açıqlamasında Estoniya Futbol Federasiyasının növbəti iclasında bu barədə qərarın qəbul olunacağını bildirib.

Qeyd edək ki, həmin oyunda futbol üzrə Estoniya millisi tarixinin ən böyük hesablı məğlubiyyəti ilə üzləşib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here