Futzal millimiz birinci Türk Universiadasının qalibi olub

Aprelin 7-də futzal üzrə Azərbaycan millisi Bakıda təşkil olunan birinci Türk Şurası Universitet İdman Oyunlarının (Türk Universiadası) qalibi olub.

Birincilik uğrunda Azərbaycan Texniki Universitetinin idman zalında keçirilən oyunda millimiz Türkiyə yığması ilə qarşılaşıb. Rəqibini 9:2 hesabı ilə məğlub edən Azərbaycan futzalçıları turniri birinci pillədə başa vurublar. Oyunda Ramiz Çovdarov və Kənan Manafov het-trik ediblər. Millimizin digər qollarını Fərid Atakişiyev, Elşən İbrahimxəlilov və Oqtay Rüstəmli vurublar.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here