RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Gələcəyin İş Adamları üçün Ödənişsiz Təlim

540

Gələcəyin İş Adamları üçün Ödənişsiz Təlim.

Təlim yalnız bakalavr tələbələri üçün nəzərdə tutulub və tam ÖDƏNİŞSİZDİR.

Təlimin Mövzusu: Keyfiyyət Menecmenti

Təlimdə tapacağınız cavablar:
1. Keyfiyyət nədir ?
2. Məhsul keyfiyyəti ilə idarəetmə keyfiyyəti arasındakı fərq
3. İş adamı olaraq sizin keyfiyyət menecmentinə münasibətiniz
4. Lider menecer və ya biznesmen
5. ISO 9001 standartı haqqında məlumat
6. Sənədlərdən niyə istifadə olunmalıdır
7. Çalışanlarınız ilə münasibətiniz
8. Risk menecmenti
9. Planlaşdırmanın əhəmiyyəti
10. Startap olsanız Keyfiyyət Menecmenti nə işə yarayacaq deyirsinizsə ?

Təlimçi haqqında məlumat
Habil Turan Əhmədov 2012-2014-cü illərdə Dünya Bankının layihəsi çərçivəsində “Project Management İnstitute”-nin tədris proqramına əsasən Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının “Proqram və Layihə Menecmenti” ixtisası üzrə magistr və 2008-2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Qiymətin Əmələ Gəlməsi” ixtisası üzrə bakalavr təhsili almışdır. Layihə Meneceri, Keyfiyyət üzrə Auditor, Keyfiyyətin İdarə Olunması üzrə konsultant və təlimçi kimi fəaliyyət göstərir. Bir neçə şirkətin Keyfiyyət İdarəetmə Sisteminin yaradılmasında layihə meneceri və konsultant kimi iştirak etmişdir. Hal-hazırda Azərbaycan Layihə Menecerləri Assosiasiyasının (ALMA) Direktorudur.

Təlimdə istənilən ixtisasda oxuyan tələbələr iştirak edə bilər. Təlim iştirakçı sayı 25 nəfər üçün nəzərdə tutulub. Təlimdə iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək mütləqdir. Son qeydiyyat günü təlimə 2 gün qalmışdır. Təlimdə iştirak üçün seçilmiş tələbələrə zəng edilərək xəbər veriləcək. Təlimə 15 dəqiqə tez gəlin.

Təlimin vaxtı: 06.12.2015 saat. 11:00

Ünvan: Next Step İnnovasiya Mərkəzi, Azadlıq pr. 34, ADNSU, Əsas Bina, 5-ci mərtəbə

Qeydiyyat linki

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı