Gəncə Gənclər Evində Autizm Reabilitasiya mərkəzi fəaliyyətə başlayıb

Gəncə şəhəri Gənclər Evində Autizm Reabilitasiya mərkəzi fəaliyyətə başlayıb. Gəncə Autizm Reabilitasiya mərkəzinin fəaliyyətində əsas məqsəd autizm sindromundan əziyyət çəkən gənc və uşaqların reabilitasiyasını təmin etməkdir.
Mərkəzdə təlim alan uşaqlara müxtəlif idman növləri (velosiped, üzgüçülük, stolüstü tennis, yüngül atletika və s.) öyrədilir. Bununla yanaşı uşaqlara loqaped, psixoloq, psixopedaqoqlar vasitəsi ilə təlimlər və dərslər keçilir. Mərkəzdə təlim alan uşaqlara idmanın müxtəlif növləri üzrə yarışlar təşkil olunur. Maneəli keçiddən adlama, hoppanma, rəng qruplaşdırma, qavrama əşya, mayallaq aşma, əl-göz koordinasiyası, top atma, top çiləmə, dairədən top keçirtmə (koordinasiya), skeyt sürmə, batutda hoppanma (ikili çalışma), yaddaş çalışması gizlədilmiş əşyanı tapma, sürünmə yarışlarında uşaqlar həvəslə iştirak edirlər. Gəncə Autizm Reabilitasiya mərkəzində təlim alan uşaqlara ictimai reabiltasiya və sosiallaşma proqramı çərçivəsində də təlimlər həyata keçirilir.
Qeyd edək ki, autizmlilərlə yanaşı, daun, uşaq serebal iflici, xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclər də yaradılmış xidmətlərdən yararlana bilərlər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here