Gəncə-Sumqayıt şəhərlərində yaşayan gənclərin nəzərinə

Gəncə-Sumqayıt şəhərlərində yaşayan gənclərin nəzərinə!

Buta sığorta növbəti yeniliyə imza ataraq təcrübə proqramı ilə işə qəbul prosesini birləşdirdi. Belə ki, artıq təcrübə müddətində yüksək nəticələr əldə edən gənclərə şirkətdə işləmək imkanı yaradılıb.

Yeni layihəyə əsasən Sumqayıt-Gəncə regionu üzrə fərdi satış yönümlü gənclər seçilərək treninq və praktiki məşğələlərdən ibarət təcrübəyə cəlb ediləcəklər. Təcrübə müddəti ərzində fərdi satış üzrə müəyyən edilmiş nəticələrə çata bilən şəxslər Gəncə-Sumqayıt şəhərlərində işlə təmin edilərək öncədən təyin edilmiş əmək haqqı ilə təmin olunacaq və maddi motivasiya sisteminə cəlb ediləcəklər. Bunun üçün:

1. Gənc

2. Aktiv

3. Sərbəst

4. Özünə inamlı

5. Yüksək maddi gəlir əldə etmək istəyən

6. Müştəriyönümlü

7. Satışa meylli

şəxslərdən CV-lərini subject başlığına “Gəncə və ya Sumqayıt şəhəri üzrə satış təmsilçisi” yazaraq 15.11.2014 tarixinədək [email protected] göndərməkləri xahiş olunur.