Gəncədə “Gənc Aqronomlar Məktəbi” adlı layihə həyata keçiriləcək

Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə gerçəkləşəcək “Gənc Aqronomlar Məktəbi” layihəsinin rəhbəri Azərbaycan Dövlət Aqrar Universiteti Tələbə Gənclər Təşkilatının sədri Valeh Əsədovdur. Layihənin əsas məqsədi region gənclərinin ictimai fəallığının artırılması, layihənin ünvanlandığı gənclər qrupunun respublikamızda dövlətin aqrar sahəyə ayırdığı diqqətlə bağlı məlumatlandırılması, bu sahə üzrə kadr hazırlığının önəminin əyani yollarla çatdırılması, problemin həllində məhz gənclərin şəbəkələşməsinin zəruriliyinin təmin edilməsi, onların bu problemlərin həllində təşəbbüslərinin, bu kimi məsələlərin həllində gənclərin rolunun artırılmasından ibarətdir. 

Layihə Aqrar sahədə dövlət sektorunun iştirakının kənd təsərrüfatında istehsalın növü ilə bilavasitə şərtlənməsini ehtiva edəcək. Arzu olunmaz iqlim və ekoloji təhlükələr şəraitində, yerli istehsalçıları müdafiə etmək məqsədi ilə idxalın subsidiyalaşdırılması və beynəlxalq rəqabətə tab gətirilməsi zərurətinin ortaya çıxdığı vaxtda, dövlətin bu sahədə rolunun əhəmiyyəti təlimlər vasitəsilə gənclərə çatdırılacaq. Layihə çərçivəsində “Aqrar sahəyə göstərilən dövlət qayğısı”, “Kənd təsərrüfatı torpaqlarının səmərəli istifadəsi”, “Kəndlimiz yerli aqronoma inanırmı?”, “Aqrar təhsilin təbliği modeli” mövzularında maarifləndirici təlimlər keçiriləcək, iştirakçıların Göygöl rayon Dövlət Aqrar İnkişaf Mərkəzinə ekskursiyası təşkil olunacaq. Layihə iştirakçılarından ibarət gənc ekoloqlar klubu yaradılacaq, yekunda iştirakçılar sertifikatlarla mükafatlandırılacaqlar. Qeyd edək ki, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılacaq layihə çərçivəsində ilk tədbir layihənin təqdim olunması məqsədilə Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin iclas zalında keçiriləcək.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here