Gəncədə “Regionda qadınların sahibkarlıq fəaliyyətlərinin təşviq edilməsi” yekunlaşıb

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı və “Sahibkarlığın Bazar İqtisadiyyatında İnkişafına Yardım Fondu”nun dəstəyi ilə Gəncə şəhərində reallaşdırılan “Regionda qadınların sahibkarlıq fəaliyyətlərinin təşviq edilməsi” təlimləri yekunlaşdırılıb.
Təlimlərin keçirilməsində əsas məqsəd region xanımlarını sahibkarlıq və onun ilkin mərhələləri, sahibkarlıq fəaliyyəti üçün maliyyə axtarılması, sahibkarlığın iqtisadi və hüquqi tərəfləri haqqında maarifləndirmək, onların işbirliyi qurmasına dəstək olmaqdan ibarət olub.
Təlimlər “Sahibkarlıq və onun ilkin mərhələləri”, “Sahibkarlıq fəaliyyəti üçün maliyyə axtarılması”, “Sahibkarlığın iqtisadi və hüquqi tərəfləri” kimi mövzuları əhatə edib. Təlim iştirakçıları sertifikatlarla təltif olunublar.
Qeyd edək ki, sahibkarlıq fəaliyyətinə başlamaq istəyən xanımlar üçün nəzərdə tutulan təlimləri ixtisaslı təlimçilər Azad Rəhimov və Elxan Məmmədov aparıb.