“Gənc Əkinçi” Akademiyası yenidən fəaliyyətə başlayır

“Gənc Əkinçi” Akademiyası yenidən fəaliyyətə başlayır

“İRƏLİ” İctimai Birliyi tərəfindən “Gənc Əkinçi” Akademiyası II dəfə 2017-ci ildə öz işinə start verir.

Artıq uzun müddətdir “İRƏLİ” İctimai Birliyi tərəfindən gənc jurnalistlərin iştirakı ilə həyata keçirilən yay və qış məktəbləri öz uğurlu nəticələri ilə hər zaman diqqət çəkib. 2015-ci ildə İsmayıllı rayonunda baş tutmuş layihənin davamı olaraq Quba rayonunda reallaşdırılacaq “Gənc Əkinçi-2” gənc jurnalistlər üçün peşəkarlıq dərəcələrinin artırılması, yeni əlaqələrin qurulması, o cümlədən asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaradacaq. Əsas hədəflərindən biri də Milli mətbuatımızın ilk nümunəsi olan tarixi “Əkinçi” qəzetininyaşadılması və gənclər arasında təbliğidir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə icra edilən layihə çərçivəsində “Azad İradəli Əkinçi”, “Natiqlik və nitq mədəniyyəti”, “Araşdırma jurnalistikası”,”Münaqişə tərəfi Azərbaycan”, “ KİV-də texnikanın rolu”, “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənc jurnalistlərin rolu”, “Sosial media və ya ənənəvi media” kimi mövzularda peşəkarlar tərəfindən keçiriləcək təlim və seminarlar, eyni zamanda praktiki məşğələlər, simuliyasiya oyunları gənc jurnalistlər üçün yeni stimul yaradacaq. Yanvar ayında keçirilməsi nəzərədə tutulan layihə çərçivəsində həmçinin “Gənc Əkinçi” qəzetinin növbəti sayının hazırlanması da nəzərdə tutulur.