GƏNC ALİM VƏ MÜTƏXƏSSİSLƏRİN 3-cü MÜSABİQƏSİ

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (bundan sonra “Elmin İnkişafı Fondu” adlandırılacaqdır) Azərbaycan Respublikasında təbiət, dəqiq, texniki,  humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental,  tətbiqi və axtarış-innovasiya xarakterli elmi- tədqiqat proqram və layihələrini və digər elmi  tədbirləri (bundan sonra – layihələr) dəstəkləmək, aktual və müasir elmi problemlərin həlli ilə  məşğul olan gənc alimlərin, bir elmi mövzunun (problemin) tədqiqi məqsədi ilə gənc alimlər  tərəfindən yaradılmış müvəqqəti yaradıcı kollektivlərin, akademik və təhsil sistemlərində fəaliyyət  göstərən, elmi tədqiqatlarla əlaqəli digər qurumlarda (dövlət qurumları, qeyri-hökumət təşkilatları  və s.) çalışan gənc alim və mütəxəssislərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara əlavə  yaradıcılıq imkanı yaratmaq məqsədi ilə cari müsabiqənin elmi prioritetlərinə uyğun olaraq,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 6 aprel tarixli 1418 nömrəli  Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı və bu  Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planının 6.3.2 bəndinə əsasən və 2011- 2013-cü illərdə  Elmin İnkişafı Fondu tərəfindən təşkil olunaraq keçirilmiş Gənc alim və mütəxəssislərin 1-ci və  2-ci müsabiqələrinin uğurlarını nəzərə alaraq 2014-cü ildə Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsini aşağıdakı şərtlər daxilində  (EİF/GAM-3-2014-6(21))

eif_musabiqe_elan_2014_21