“Gənc Beyin” layihəsi bu dəfə Masallıda

Gənc Psixoloqlar İctimai Birliyinin tərəfdaşlığı və “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən “Gənc Beyin” layihəsi ugurla davam edir.
Layihə çərçivəsində Masallıda təlim təşkil olunub.
Təlimçi Rafət Şirəliyev tərəfindən keçirilən təlimdə “Bədən dili və ondan istifadə”, “Ünsiyyətdə empatiya hissi”, “Manipulyasiya və ondan müdafiə”, “Stress və gərginliyin aradan qaldırılması üçün gündəlik metodlar”, “İctimai aqressiya” mövzuları gündəmə gətirilib.
Daha sonra mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here