Gənc jurnalistlər üçün təlimlər təşkil olunacaq

Multimedia Mərkəzi tərəfindən “Onlayn Medianın inkişafına dəstək” layihəsi çərçivəsində gənc jurnalistlər üçün Təlimlər təşkil olunur.

“Onlayn Medianın inkişafına dəstək” layihəsi çərçivəsində təşkil olunan Təlimlərin məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğundan, xüsusilə elektron hökumət quruculuğundan yazan jurnalistlərin hazırlanmasına köməklik göstərməkdir.

Dialoq.info-nun xəbərinə görə bir həftə davam edən təlimlər İKT və media sahəsində çalışan peşəkar mütəxəssislər tərəfindən aparılacaq.

Təlimlər Elektron hökumət quruculuğu prosesinin, Açıq hökumət təşəbbüsünün və İnformasiya Cəmiyyətinin formalaşmasının xüsusiyyətlərini, sosial media və multimedia jurnalistika sahələrini, eyni zamanda Jurnalistlərin maraq dairələri nəzərə alınmaqla hazırlanan xüsusi Proqram əsasında keçiriləcək.

Proqarmada aşağıdakılar öz əksini tapıb:

– Media qurumlarının konverqensiyası;

– Sosial media;

– Multimedia Jurnalistika;

– Elektron hökumət və yeni media;

– “Asan xidmət” ;

– Açıq hökumət təşəbbüsü;

– Mobil texnologiyalar;

– İnfromasiya təhlükəsizliyi və s.

Təlimlərdə onlayn media sahəsində çalışanlar, müstəqil jurnalistlər və bloqçular, ali məktəblərdə Jurnalist ixtisasları üzrə təhsil alan tələbələr iştirak edə bilərlər.

Təlimlərdə iştirak etmək istəyənlər üçün kompüter və informasiya texnologiyaları sahəsində elementar biliklərə sahib olmaq tələb olunur.

Təlimlərin oktyabr ayınnın ikinci yarısında bir həftə müddətində, saat 14.00 – 18.00 arasında keçirilməsi nəzərdə tutulub.

Təlimləri uğurla başa vuranlara sertifikatlar təqdim olunacaq.

Təlimlərdə iştirak etmək istəyənlər qabaqcadan qeydiyyatdan keçməlidirlər. Yerlərin sayı məhduddur.

İştirak etmək istəyənlər www.telim.org saytında qeydiyyatdan (qeydiyyat linki: http://telim.org/treyninq-istirakcisinin-qeydiyyati/ ) keçə bilərlər. Və ya [email protected] e-mail ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.

Layihə Multimedia Mərkəzi tərəfindən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Nar Mobile və SİNAM şirkətlərinin dəstəyi ilə həyata keçirilir.

Geniş məlumat: www.telim.org

“Multimedia” Mərkəzi

AZ1001, Bakı, M. Əfəndiyev k. 5

Tel. 012492 44 44.

www.telim.org

www.cit.az

[email protected]