ƏSAS SƏHİFƏ

“Gənc Liderlər Akademiyası” layihəsi keçiriləcək

800

Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Gənclər Təşkilatı (ADAU TGT) cari ilin 6 – 7 dekabr tarixlərində ADAU tələbələri üçün “Gənc Liderlər Akademiyası” layihəsi keçirəcək.

Əsas məqsədi tələbələrin liderlik qabiliyyətinin inkişaf etdirilməsi, onların şəxsi bilik və bacarıqlarının artırılması olan layihədə təlimçi Talıb Bayramov tərəfindən “Daxilimizdəki enerji” (“Energy is inside us”) və “Öz məşəlini alovlandır” (“Light your fire”) təlimləri keçiləcək.

Layihə ərzində “Gənc Liderlər Akademiyası”nın iştirakçıları bir sıra qonaqlarla da görüşəcəklər.

2 seçim turundan ibarət olan akademiyanın bütün iştirakçıları sertifikatlarla təltif olunacaqlar.

Qeyd edirik ki, ADAU tələbələri verilmiş keçiddən istifadə edərək, “Gənc Liderlər Akademiyası”na qeydiyyatdan keçə bilərlər. Qeydiyyat dekabrın 2-də bitəcək.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı