RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Gənc Mühəndislər gəzintiyə gedir

364

Əziz dostlar.
Gənc Mühəndislər Cəmiyyəti və Yenisumqayit.az Regional informasiya portalının birgə təşkilatçılığı ilə “Ayan” Məhdud Məsuliyyətli Cəmiyyətinə gəzinti təşkil olunacaq.
Gəzintinin 17 oktyabr 2015-ci il tarixində həyata keçirilməsi nəzərdə tutulur.
Gəzinti iştirakçılarının müəssisəyə rahat gediş-gəlişi üçün 20 yanvar metrostansiyasından hərəkət edəcək xüsusi avtobus təmin ediləcək.
Gəzinti zamanı iştirakçılara şirkət və istehsal olunan məhsullar haqqında təqdimat xarakterli məlumatlar veriləcək, iştirakçılar şirkətin istehsalat sahələri, istehsal prosesi, laboratoriyaları ilə yaxından tanış olma imkanı qazanacaqlar.
Sonda iştirakçılara şirkətin xüsusi hədiyyələri təqdim olunacaqdır.
Qeyd edək ki, “Ayan” MMC Azərbaycanda qida məhsullarının istehsalı, emalı və ixracı əməliyyatlarını həyata keçirir. Şirkətin məqsədi keyfiyyətli, sağlam qidalar, yeni çeşidlər istehsal edib süfrələrinizi bəzəməkdir.
İştirak etmək istəyənlərdən özləri barədə aşağıda qeyd edilən bilgiləri “[email protected]” e-poçt ünvanına göndərmələri xahiş olunur.
Ad və soyad
Təhsil aldığınız müəssisə
Təhsil illəri
İxtisas
Mobil nömrə

Görüş yeri: 20 yanvar metrostansiyası
Görüş vaxtı: 17 oktyabr, saat 9:30

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı