Gənc Mühasiblər Birliyi könüllü qəbul edir

Gənc Mühasiblər İctimai Birliyi qeyri-siyasi, qeyri-hökumət, qeyri-kommersiya təşkilatıdır. GMB Respublika rəhbərliyi tərəfindən həyata keçirilən demokratikləşdirmə, vətəndaş cəmiyyəti quruculuğu prosesində daha fəal iştirak etmək məqsədilə, Azərbaycan Respublikası vətəndaşlarının mənafe ümumiliyi, könüllülük, üzvlərin hüquq bərabərliyi, özünüidarə əsasında yaradılan ictimai birlikdir.

15 ilə yaxındır fəaliyyət göstərən bir təşkilatda könüllü şəkildə çalışıb, mühasibatlıq sahəsində qabaqcıl təcrübəni öyrənmək, peşə inkişafına yönəlmiş informasiyalar əldə etmək və biliyinizi genişləndirmək, gələcəkdə uğurlu karyera qurmaq istəyirisinizsə bizə qoşulun.

 

Könüllü kimi fəaliyyət göstərmək istəyən ali təhsilli gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:

 

  • İntizamlılıq;
  • Xoşrəftarlılıq;
  • Ünsiyyətcillik;
  • Operativlik;
  • Kollektivdə işləmək bacarığı;
  • Təşkilatçılıq;
  • Təşəbbüskarlıq;
  • Kompüterbilikləri;
  • İngilis və rus dillərini bilənlərə üstünlük veriləcəkdir.

 

Dialoq.info xəbər verir ki, birlikdə könüllü kimi 3 ay müddətində işləyib öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə birlik tərəfindən xüsusi sertifikatlar və müsbət xasiyyətnamə veriləcəkdir ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır.

 

Müraciət qaydası:

 

  • CV göndərmək üçün mail adres: [email protected] (Zəhmət olmasa cv-lərinizi göndərərkən mövzu yerinə “könüllü” yazın.)
    • Son müraciət tarixi: 01 dekabr 2014-cü il
  • Ünvan: Bakı şəhəri, Süleyman Rəhimov 195, m.17
  • : 511 06 11, 440 79 64
  • GSM: 051 414 06 11
  • Facebook:                                                Gənc Mühasiblər Birliyi