“Gənc Natiq” adlı layihə uğurla həyata keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 10-cu qrant müsabiqəsinin qalibi Əliyeva Rəqsanə Zöhrab qızı tərəfindən  “Gənc Natiq” adlı layihə həyata keçirilmişdir. Beləki, layihə çərçivəsində nəzərdə tutulan təlimlər 25-26 dekabr 2017-ci il tarixlərində Suraxanı Gənclər Evi sosial xidmət müəssisəsində və 27 dekabr 2017-ci il tarixində isə Xaçmaz rayonu Peşə liseyində baş tutmuşdur. Hər üç tədbiri giriş sözü ilə açıq elan edən layihə rəhbəri Əliyeva Rəqsanə tədbir iştirakçılarına layihə ilə bağlı ətraflı məlumat verərək, layihənin əsas məqsədinin gənclər arsında natiqlik bacarıqlarının inkişaf etdirilməsi və onların gənc natiq kimi yetişməsinə dəstək olmaq olduğunu vurğulamışdır. Daha sonra təlimçi Eltac Cəbiyev tərəfindən Natiqlik mədəniyyəti, İctimai nitq, jest və mimikalardan istifadə qaydaları haqqında gənclərə maarifləndirici təlimlər keçirilmiş və iştirakçıların sualları cavablandırılmışdır. Təlimlərin hər birinə 25 nəfər, ümumilikdə isə 75 nəfər gənc cəlb olunmuşdur. Təlimlərdə iştirak edən hər bir gəncə sertifikat və bukletlər təqdim olunmuşdur.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here