RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Gənc Rəssam – Gənc İstedad” adlı gənclər arasında rəsm sərgisi keçirilib

203

21 fevral 2016 – cı il tarixində İçəri şəhər “NATAVAN Gallery” Rəsm Qalereyasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc Rəssam – Gənc İstedad”  adlı gənclər arasında rəsm sərgisi layihəsi keçirilib.

Gənclər Fondunun elan etdiyi yeddinci qrant müsabiqəsinin C kateqoriyası çərçivəsində keçirilən layihənin əsas məqsədi gənclərin ictimai aktivliyini artırmaq, istedad və bacarıqlarının üzə çıxarılmasına dəstək olmaq  və onlar arasında müsbət əhval ruhiyyəni yaradaraq onların əl işlərini sərgilməkdən ibarətdir.

Layihə rəhbəri Aygün Əliyevanın qeyd etdiyinə görə, bu layihə yaradıcı gənclərin hazırladıqları rəsm əsərlərinin sərgisi formatında təşkil olunmaqla yanaşı təqdim olunan bu layihə vasitəsilə gənclər öz ölkələrində onları valeh edən təbiəti, mədəniyyəti, insanı, arxitekturası, bir sözlə onları vətənə bağlayan rəsmlər vasitəsilə cəmiyyətə kiçicik mesaj  olacaq.

50 – ə yaxın istedadlı gəncin iştirakı ilə keçirilən “Gənc Rəssam – Gənc İstedad”  gənclər arasında rəsm sərgisi 22 fevral 2016 – cı il tarixinə qədər davam edib. Sonda iştirakçılara sertifikarlar təqdim olunub.

9K0A4601 9K0A4600 9K0A4599 9K0A4595 9K0A4588 9K0A4583 9K0A4557

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı