RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Gənc rəssamların tanıtım sərgisi ” layihəsi çərçivəsində rəssamların sərgisi keçiriləcək

475

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 6-cı qrant müsabiqəsində qalib olan “Gənc rəssamların tanıtım sərgisi ” layihəsi çərçivəsində 13-14 iyul 2015-ci il tarixində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində gənc istedadlı rəssamların sərgisi keçiriləcəkdir.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
Layihənin əsas məqsədi Azərbaycanın müasir incəsənətinin və rəssamlığının inkişafına təkan vermək, gənc istedadlı rəssamların tapılıb üzə çıxarılması, onların tanıtımına və yaradıcılıq imkanlarının genişlənməsinə şərait yaratmaq, digər tanınmış rəssam və yaradıcı insanlarla, o cümlədən proffesional rəssamlar ilə əlaqələrinin yaradılması və möhkəmlənməsi, bu gənclərin sənətlərə olan marağın beynəlxalq arenaya çıxarılması və gələcəkdə Azərbaycanı təmsil etmək üçün yüksək potensiallı incəsənət xadimlərinin üzə çıxarılmasından ibarətdir.
Sərgi rəssamlıq istedadı olan (bura həm rəssamlıq təhsili olan, həm də həvəskar rəssamlar aiddir) 50 gənc rəssam arasında keçiriləcək. Müxtəlif mövzu və materiallardan hazırlanmış müasir incəsənət əsərləri nümayiş olunacaqdır.
Sonda gənclərin əsərləri toplanacaq və juri ( professional və tanınmış rəssamlar və təşkilat heyəti) tərəfindən qiymətləndiriləcək və seçilmiş qaliblərin əsərləri sərgilənəcək. 50 iştirakçının hər birinə diplomlar veriləcək. Əsas 10 qalibə isə diplomdan əlavə hədiyyələr də veriləcəkdir.
Sərgi 2 gün davam edəcəkdir.

Vaxt: 13 iyul saat 19:00

Ünvan: Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksi

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı