Gənc Tədqiqatçılar Məktəbinin növbəti təlimi təşkil edilmişdir

Binəqədi Gənclər Evində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və fiziki şəxs Həcər Abbaslının təşkilatçılığı ilə həyata keçirilən “Gənc Tədqiqatçılar Məktəbi” layihəsi çərçivəsində ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün “Tədqiqat Metodları” mövzusunda təlimin növbəti üçüncü və dördüncü modulu təşkil edilmişdir.

Təlimin üçüncü və dördüncü modulu ekspert İsmayıl Kərimovun mühazirəsi ilə davam etmişdir. O, təlimin 3-cümodulunda tədqiqatda verilənlər bazasının toplanması yolları, məlumat mənbələri, tədqiqat prosesində ədəbiyyat icmalı, 4-cü modulda isə tədqiqatın obyekti və predmetinin seçilməsi, tədqiqatda nümunələrin seçilmə metodologiyası, nümunə sayının müəyyən edilməsi mövzuları üzrə mühazirə keçmişdir. Təlimin praktiki hissəsində iştirakçılar,üçüncü və dördüncü moduldakı nəzəri bilikləri seçilən tədqiqat mövzularına tətbiq etdilər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here