“Gənc Tədqiqatçıların Elmi Potensiallarının Artırılması” (GTEPA) adlı layihə keçiriləcək

İctimai elmlərə maraq göstərən potensial gənc tədqiqatçılara müasir interdisplinar tədqiqat metodlarının öyrədilməsi və təcrübədə tətbiq edilməsinin təmin edilməsi məqsədi ilə Strateji Tədqiqatlar və İnkişaf Platformu (STİP) və Gənc Politoloqlar Mərkəzi (GPM), “Gənc Tədqiqatçıların Elmi Potensiallarının Artırılması” (GTEPA) adlı layihə həyata keçirir.
Dialoq.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən layihədə magistr və dopkotrantura tələbələri və ya ümumiyyətlə tədqiqata meyli olan, ümumilikdə 20 gənc faydalanacaqdır. Sonda layihəyə qatılan iştirakçılar göstərmiş olduqları nəticələrə görə qiymətləndiriləcəklər.
Layihə çərçivəsində görüləcək işlər:
1. Bir ay boyunca müasir interdisplinar tədqiqat metodları və müxtəlif elmi-praktik mövzularda mühazirə və seminarlar keçiriləcəkdir.
2. Layihənin ikinci hissəsi kimi hədəf qrupunun iştirakı ilə müəyyən edilmiş mövzuda emprik tədqiqat aparılaraq hesabat hazırlanacaqdır.

Layihədən faydalanmaq istəyən gənclər, Beynəlxalq Münasibətlər bölmə rəhbərliyinə müraciyyət edərək qeydiyyatdan keçəbilərlər.
Mühazirə və seminarlar həftənin 3-cü və 6-cı günləri Əhməd Rəcəbli küçəsi, ESRA Plaza, “C” bloku, 4-cü mərtəbə, STİP-in ofisində keçiriləcəkdir.
Layihənin başlama tarixi, 12 noyabr 2014.
Əlaqə nömrəsi:0518621214 -Nəriman Qaraxani.

Strateji Tədqiqatlar və İnkişaf Platformu (STİP)