“Gənc Təlimçilər Şəbəkəsi” Sumqayıtda təlim təşkil edib

“Gənc Təlimçilər Şəbəkəsi” təşkilatı 5 oktyabr  tarixində Sumqayıt şəhəri, Best Friends Təhsil və Karyera mərkəzində “Komanda işi” mövzusunda təlim keçirmişdir. Fəxri Məmmədli tərəfindən keçirilən təlimdə “uğurlu komandanın qurulması“, “komandada lider seçimi”, “intriqalar və onların həlli yolları”, “liderlə müdirin fərqli cəhətləri”, “komandada motivasiyanın rolu”, “iş bölgüsü” və s mövzular qeyri-formal tədris vasitələrilə gənclərin nəzərinə çatdırılmışdır.

Dialoq.info-nun məlumatına görə, təlimdə Bakıdan və Sumqayıtdan olan 30 fəal gənc iştirak etmişdir. Mövzuyla bərabər gənclərin praktiki  bacarıqları,  komplekslər səddinin aşılması da təlimin əsas  hədəflərində idi. Bu mənada mövzuyla bağlı əyləncəli komanda oyunları keçirilmişdir.  Sonda iştirakçılara Sertifikatlar təqdim olunub. Qeyd edek ki, ekspert Fəxri Məmmədli mütəmadi olaraq “Komanda işi”, “Liderlik”, “Motivasiya”, “Bədən dili”, “Biznes plan”, “Natiqlik” “NLP”, “Marketing planın qurulması”, “Zamanın idarə olunması” , Stresin idarə olunması” və s. təlimləri tədris etməkdə 5 ildən artıq təlimçilik təcrübəsinə malikdir. Müxtəlif  radio və televiziya kanallarında müəllif, aparıcı kimi çalışmış, bir sıra beynəlxalq layihələrin keçirilməsində təşkilatçılıq etmişdir. Fəxri Məmmədli gənclərin inkişafına yönəlmiş müxtəlif layihələrin müəllifidir. Hazırda jurnaslist, televiziya aparıcısı, təlimçi kimi fəaliyyət göstərir. Təlim fəal gənc, “Gənc Təlimçilər Şəbəkəsi” təşkilatının qurucusu Toğrul Bayramlının təşkilatçılığı ilə həyata keçirilmişdir. Məlumat üçün deyək ki, Toğrul Bayramlı gənclərin bilik və bacarıqlarının artırılması üçün daima müxtəlif mövzulu təlimlərin keçirilməsində təşkilatçılıq edir.

Təlim sonunda ekspert Fəxri Məmmədli və təşkilatçı Toğrul Bayramlı bu tip birgə layihələrin  davamlı olaraq keçiriləcəyini vurğulayıblar.

10700707_712743755471310_4425997981768450862_o

 

 

 

 

 

 

10624978_712750705470615_6335183458795406650_n

 

 

 

 

 

 

IMG_0229