Gənc xanımlar üçün Biznes və Liderlik təlimləri keçiriləcək

Counterpart International və Litva Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 2018-ci ilin 16-18 noyabr tarixləri çərçivəsində gənc xanımlar üçün 3 günlük Biznes və Liderlik təlimləri keçirəcək.

Təlimdə “Kiçik biznes təşəbbüslərinin həyata keçirilməsi”, “Biznes planın tərtibi, marketinq strategiyasının qurulması”, “Maliyyə hesabatlarının idarə olunması”, “Liderlik və ünsiyyət bacarıqlarının artırılması yolları” mövzuları gündəmə gətiriləcək.

Təlim Azərbaycan Respublikasının vətəndaşları, əsasən Gəncə-Qazax Iqtisadi zonasında, yaşı 20-30 olan gənc xanımlar üçün nəzərdə tutulub.
İştirak etmək istəyən şəxslər özləri haqqında qısa məlumatı (CV, Bios) [email protected][email protected] elektron unvanına göndərə bilərlər.Son müraciət: 13noyabr,2018-ci il. Qeyd edək ki, təlimlər Gəncə şəhərində reallaşdırılacaq.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here