RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Gənc Yazar” layihəsi: “AYA GEDİRƏM”

796

Müəllif: Zümrüd Əliquliyeva

AYA  GEDİRƏM

 

Elədə cətin deyil başlamaq çətini başlamağa qərar verib buna cəhd edənə qədərdi ardı necə olsa gələcək. Mənfi?

yoxsa müsbət? bunu ən gözəl yaşayan ,başlamaq istəyən və bacaran birisi  bilər ancaq..

Bəli sən oxumağa başlamaq istədin və başladın..İndi sual yaranır niyə sona qədər olmasın?

Hə.. bax bu pis  fikir deyil…

Heçnə hərzaman olduğu kimi deyildi günəş səhər tezdən doğub ,gecə adəti üzrə qürub etmirdi..Təyyarələr avtobusları hər 5 ,10 dəqiqədən bir əvəz edir avtobuslar isə hər ailəyə,şirkətə məxsus idi və hava nəqliyyatı üzrə hərəkət edir üçaraq tez və arzuolunan şəkildə ünvanlara çatırdı..Xoruzlar gece 1-dən sonra banlayır, canavarlar dağdan arana enmişdilər..Bəs insanlar?onlar artıq çox razıydılar həyatlarından heçkimin üzündən narahatcılıq ,şikayət duyulmurdu çunki demək olar heçkimin ailəylə ,qohumlarla,doğma və tanişlarla elə bir əlaqəsi qalmamışdı..Axı səhər Azərbaycanda oyanıb,günoarta Kanadada nahar edib,Axşamsa ayda iş görüşündə olan birindən bu dəyərləri qoruyub saxlamağı tələbdə etmək olmazdı..Toylar,yas mərasimləri bir əfsanəyə çevrilmişdi, işdən baş ayiran 132 -147 yaşlı nənə və babalar keçmiş dövrün ağılsız hadisələri kimi danışırdı nəvəsinə bu keçmiş ənənələri .Bəli ,nəvəsinə çünki yeni ailə qurmuş çütlüklərin ancaq bir övladı ola bilər və nənə babalarda bir nəvəylə kifayətlənməliydi.Bunun üçün qəribə qanunlarda qəbul edilmişdi  sən dünyaya gətirdiyin övlada istədiyin sayda ad verə bilərsən. Ondan narazisansa tam sərbəst şəkildə öldür və yenidən valideyn olmaq imkani əldə edə bilərsən və bunlari edərkən heçbir cinayətlə günahlandırılmayacaqsan..Amma əgər sən təyyarəylə Nizami küçəsindən keçərkən bir xanımın balkonda əyləşib qırmızı və qara zolaqlı ətəy geyindiyini görərəy bunu muvafiq qurumlara bildirməsən sənin ölüm hökmün qətidir və bu hüquqi çərçivələr əsnasında baş verəcək..Niyə qara və qırmızı ətəy? Doğrusu mənədə maraqlıdı..

Yaşıl görünür hərkəs ..Sanki bir –birlərini görmürlər. Qiybət,arxasıyca danışmaq, iki yada bir neçə üzlülük yoxdur artıq ..Xüsusi dayələr mövcuddür evdə.. Bunların nə qanı nədəki əti var ancaq necəki enerjidən düşməyiblər heçdə əti qanı olan dayələrdən geri qalmırlar hətda nağıl danışmağıda bacarırlar. Amma bir balaca fərqli şəkildə.. Burda Məlikməmməd mənfur, div isə qəhrəmandır sən əgər işıqlı dünyaya getməy istəyirsənsə heçbir qara yada ağ qoçun belində əyləşməli deyilsən sadecə olaraq 1 seçim edəcəysən və elə ilk isədiyinədə çatacaqsan yəni sadədi qara qoc qaranlığa ,ağ qoçsa işıqlığa aparacaq heçbir halda bu dəyişən deyil təbii sən dəyişmək istəmədiyin müddətcə…Ən az savadlı şagird anlayışı yoxdur, hərkəs az qala alimlik dərəcəsinə çatacaq..Universitetlər 14 ay ,orta təhsil isə 7 ildir..

 

Bənövşə və potağalı xatirladan bihuş edici qoxu, nazla atilan addimlar qapiya yaxinlaşir 1 2 3 və..

Yenə başlandı…

Deyəsən dərmanlarımın vaxtıdı mən nə vaxtki belə gözəl ,qeyri adi xəyallar qurmağa başlayıram o gəlib mənə deyir –
Əziz,professor, siz bugun ikinci dərmaınızı atmamısınız bəlkə mənə kömək edəsiniz?

cavandı görünür təzə olduğu üçün çox həvəslidi məni sağalda biləcəyini ,bu dörd divar həpsxanadan heçdə fərqlənməyən dəlixanadan çıxarda biləcəyini düşünür..Və ən gülməlisi oda mənim dəli olduğumu fikirləşir. Bəlkədə haqlıdı bilmirəm..Professor dediyinə baxmayın elədə yaşlı deyiləm cəmi 27 yaşım var səhvliy edib bir iki kəlmə söhbət etmişəm onla o vaxtdanda adım professor qalıb ..Həyatımda hərşey normalıydı nə fövqalabil ,nədə sıradan..Gözümu necə hansı vəziyyətdə yumduğumu xatırlamasamda ,necə vəziyyətdə və necə bir yerdə açdığım dəqiq xatirimdədi..

“Açılamayacaq qapı yox ..! Düzəldiləməyəcək səhv, söyləniləməyəcək mahnı yox ..! Nə əlçatmaz məqsədlər var, nə də qurtarılamayan ruhlar …”
John Steinbeck gör nə gözəl deyib hə?

bu sozlər eləbil məni oyatdı..O hələ başımın üstündə dayanıb mənə gülümsüyürdü .Qara uzun saçları, ağbəniz siması ,güləndə mirvari kimi görünən dişləri,  birdə gözlərinin dərinliyində gülüşüylə gizlətməyə çalışdığı bir kədəri vardı amma o bu barədə mənə danışmamışdı çox gümankidə bunu heçkimə hiss etdirmədiyini düşünürdü .Əlindəki dərmanı uzadaraq  –

-: Atın bu dərmanı, professor ,dedi

Dərmanı aldım və adəti üzrə onu aldatdım .Dərmanı dilimin altında gizlədib 2 qurtum su içdim və o getdi..Əvvəlkinə nisbətən çox sakit ,işə yaramaz olduğumu hiss edirdim belə şeylər heç mənlik deyildi..Universiteti bitirəndə nələrin xəyallarini qurmuşdum indi haralardaydım..Mən dəli deyiləm. Yox! burda olmağımın səbəbini heçcür izah edə bilmirəm amma bilirəmki mənim ağlım başımdadı. Ailəmin,dostlarımın olduğunu xatirlayıram, universitetdə oxuduğumu,hətda hərdən mühazirələrdə yazdığlarımızda yadıma düşür yarım yamalaq olsada..Bunları isə heçcür  inandıra bilmirəm. Dediylərinə görə mən yəni Tamerlan Məmmədli uşaq evində böyümüşəm güyaki küçədə tapıblar və

 

soyadımıda uşaq evinin müdiri Nəsibə xanımdan almışam..Mən anam, atam, bacım barədə danışmağa başladığda isə həkim tib bacısına göstəriş verirdi –

Bunu sakitləşdirin! yenə cəfəngiyyata başladı..İndiki halsizliğimda o iynələrin nəticəsidi çox gümanki…Hə əsas məsələ bura necə düşmüşəm? Güya birgün çəmədanımı yığıb aya gedəcəyimi demişəm nərdivanı hündür binalara dayayıb gecə vaxtı dirmaşmağa ,aya çatmağa çalişirmişam bir iki dəfə cəhd etmişəm hər dəfə daha uzun nərdivanla .Sonra məndən şikayət olunub icazəsiz binalara dırmandığım üçün.. Polislər məndən niyə gecə vaxtı binaya dırmaşdığımı soruşanda isə mən “aya gedirəm” cavabın verdiyimçün tutub bura gətiriblər…Amma yox hələki ağlımı itirməmişəm. Sadecə birşey maraqlıdır valideynlərim bu 3 il ərzində niyə məni heç axtarmayıblar? yadakı qardaş dediyim dostlarım..Bəlkədə onlar heçvaxt movcüd olmayıblar?və mən doğurdanda ağlımı itirmişəm ? bilmirəm..Tək bildiyim artıq burdan çıxmaq vaxtıdır..Uzun müddət müşahidələrdən sonra yaxşı bir planda fikirləşmişəm. Burdan çıxmaq çətin deyil ,çətini burdan çıxandan sonra özümü doğrultmağım ,valieynlərimi tapmağımdı..

2 ay əvvələ qədər tək deyildim mənimlə birgə Rüfət adlı bir oğlanda bu ruhi dispanserdə eyni otaqda qalırdı.. Çox cılız və arıq idi ,sarı saçları,göy gözləri vardı gülməyini heç görməsəmdə hiss olunurduki gülüncə yanağı batır..Məndən fərqli olaraq o heçnəyə etiraz etmirdi..Onun üçün olduğu mühit əhəmiyyətli deyildi ,əhəmiyətli olan birşey varıydısa oda ətrafında pişik olub olmaması idi..Həddən çox qorxurdu pişiklərdən ..Birgün pəncərdən qarşıdakı binanın çardağının üstüylə gəzən bir pişik görmüşdü..O gündən sonra 3 gün gözünə yuxu getmədi eləcə mənimdə .Çünki hər iki  dəqiqədən bir “gəldi” ,”gəldi” deyə çığırırdı..Bu qədər qorxmağının səbəbini soruşdum elə danışacağını gözləyirdimki əliylə başını tutub ağlamağa başladı həkimlər gəlib sakitləşdirici iynə vurdular və mənə birdə ondan pişiklərdən qorxmaq səbəbini soruşmağımı qadağan etdilər..Getmədən öncəki gün hərhalda heçvaxt yadımdan çıxmayacaq..Avqustun sonları idi həyətdə oturmuşdum boz ,hündür,sıxıcı divarların bitdiyi yerdə mavi ağ buludlu günəşin şəfəq saçaraq aydınlatdığı səma görünürdü ..Gözlərimi yumdum və sakit əsən mehi saçlarımda ,üzümdə,köhnə solğun mavi köynəyimdən necə süzülüb getdiyini hiss etdim..Hardan kimlərin yanından gəlirdilər və məndən əvvəl neçə nəfərə ,kimlərə toxunmuşdular?..Onlarda mənimkimi çarəsiziydilərmi görəsən?və məndən sonra hara gedirdilər? Gözümü açanda Rüfətin yanımda əyləşdiyini gördüm çox sakit və ləng hərəkət etdiyindən necə gəldiyini hiss etməmişdim .Mənə bir müddət baxandan sonra sənə bir söz deyəcəm dedi..Bu mənimçün gözlənilməz idi axı Rüfət danışmazdı..Bu qısa çaşğınlığı kənara qoyub buyur ,əlbətdəki səni eşidirəm dedim..Mən dəli deyiləm bunu bil sadecə hərkəsdə bir çatışmamazlıq olanda məndə də  bu cür olub nə edim? Özümlə bacarmıram..Bilirsən burda niyə yatıram? Çünki ailəmə,yaxınlarıma zərər yetirirdim..Bu mərdimazar fobiyaya görə az qala  oğlumun təsəvvür edirsən?öz oğlumun qatili olacaydım..Qəribəsidə budurki o hələdə soyuqqanlı şəkildə danışmağa davam edirdi..Gecə oyandım və onu pişiyə bənzətdim daha dəqiq gözümə ocür göründü iki əlimlə boğazını sıxırdım .Həyat yoldaşımın səsinə gələn qonşular məni oğlumdan güclə ayırdılar ..Daha sonra bura gəldim onlar üçün çox darıxsamda ən doğru ayrı qalmaqdı..Birgün sənində boğazına çökməkdən ,səni öldürməkdən qorxuram çünki biləsən iki gecədirki gözümə böyük ,eybəcər hər an üstümə şığıyacaq qara pişik kimi görünürsən..Donub qalmışdım sanki, heçnə deyə bilmədim və o yorğun addımlarla yanımdan uzaqlaşdı..mən uzun müddət yerimdəcə qaldım ama artıq günəş demək olarki qürub edirdi və  aldığım hər nəfəs gecəni bir addım daha mənə yaxınlaşdırırdı bu eyni zaman öldürülə bilməy ehtimalımında yaxınlaşmağı demək idi..Qərarlaşdırmışdım otağa girəcək ,axşam yeməyindən sonra isə həkimlə danışacaqdımki Rüfətlə otaqlarımızı ayırsınlar.Otağa ürəksiz şəkildə girdim gördüyüm mənzərə isə qanımı dondurmuşdu Rüfət düz otağın ortasında tavandan asılı vəziyyətdə qalmışdı üzündə qəribə ifadə vardı .Sanki böyük bir əzabdan xilas olmağın sevinci duyulurdu .Cəld həkimləri və nəzarətçiləri çağırdım qısa bir zamanda ətrafa sakitçilik çökdü məndən hadisə barədə danışmağımı istədilər hərşeyi olduğu kimi danışdım..Amma inanmadıqlarını, hətda Rüfətin qatilinin mən olduğumu düşündüklərini gözlərindən hss etmək çətin deyildi..Nədə olmasa axı mən dəliydim..Bu iki ay ərzində yanıma çox həkim və expertlər gəldi nəhayyət Rüfətin etdiyinin  özünə qətl olduğunu təsdiqləyib məndən əl çəkdilər..Bugun hava sakitdi amma payız, xüsusiylədə Noyabr ayı özünü göstərir hərhalda bir iki günə qalmaz güclü yağışlar başlayar bu mənim üç il ərzindəki ən yaxşı məşğuliyyətim idi yağışın səsini dinləyib,pəncərədən bihuş edici torpağın möhtəşəm qoxusunu ciyərlərimə çəkmək ..Sanki onda büsbütün azad oluram .Bədənimdə ,damarlarımdan axan qanın hər zərrəsində azadlıq,xoşbəxtlik duyuram.Ahan göydən süzülüb gələn bircə damla yağış damlası pəncərəmdə göründü mən yağışı sevirdim ancaq tək olan heçnə gözəl deyil və bu tək damlada göz oxşayan deyildi. Göydən ildırım qopdu hərhalda gecə olsaydı hərtərəfi işıqlandırmış ,balaca uşaqları öz səsi və möhtəşəm işığıyla heyrətə gətirmişdi..Bu ildırım sanki yağışın gələcəyini müjdəliyirdi və əzəmətli qəsrin qapılarını açırdıki göylə yer qovuşsun ..Budur hərşey adəti üzrə təkrarlanır indi gözlənilən yağışlarda artıq pəncərələrdən,binalardan,küçədən keçən insanların yanaqlarından süzülərək yerlə qovuşurdu..Gözümü yumdum və yağışın səsini dinləyirdim .Bu vaxt qapının yanında səslər eşitdim bu söhbətdən çox mübahisəyə bənzəyirdi..Qapıya yaxınlaşdım üç nəfəriydilər digər bir nəfərdən başqa iki səsin kimlərə məxsus olduğun aydınlaşdıra bildim bunlar baş həkim Cəlil Əlili və mənimlə həfdədə 2 dəfə görüşən psixoloq Elsevər Nəbizadə idi..Tanış olmayan səs bir xanıma məxsus idi və o tez tez təkrarlayırdı “bu düzgün deyil””siz doğru etmirsiniz “ Səslər get –gedə qapıya yaxınlaşırdı ..Cəlil Əlili xəbərdarlıq etdi –kifayətdi biz hərhalda içəri girməliyik mən tez qapıdan uzaqlaşıb pəncərənin yanında dayandım içəri keçdilər hər birinin simasında narahatçılıq,qayğı duyulurdu. Psixoloq mənə yaxınlaşdı və Tamerlan,gəl əyləş səninlə vacib söhbətimiz var dedi.Mən isə bu əsnada gözlərini yerə dikmiş sarışın olan,bənövşəyi gödəkçə və yaşıl ətəy geynən orta yaşlı qadına baxırdım..Baxışlarımı hiss edən Elsəvər Nəbizadə cəld əliylə işarə etdi –

bu xanım Roza Rzazadədir burda olmağımızın səbəbkarı isə elə bu xanımdır..

Əyləşdiy .

Roza adlı xanım hələdə gözlərini yerdən qaldırmaq fikrində deyilmiş kimi görünürdü..Qısa bir sükutdan sonra  cənab baş həkim qəti bir şəkildə sözə başladı səni dünən ikinci mərtəbədəki girişi qadağan olunmuş otaqda görüblər otağa girdiyini dəqiq görən isə elə məhz Roza xanım olub həmin vaxt yan otaqda unutduğu sənədləri götürməyə  qayıdırmış Roza xanım başını bir anlıq qaldırıb elədir deyərək təsdiqlədi..Mənsə hələdə nə baş verdiyini aydınlaşdıra bilmirdim .Dünən bütüngün otaqda olduğumu ancaq yemək  yemək üçün birinci mərtəbəyə endiyimi  dedim..Qəribə istehzayla qarışıq gülüş duyuldu Cəlil Əlilinin simasında

Tamerlan,sən qaydaları pozmusan və sənədlər elə göstərir ki sən burda heçdə özünü yaxşı aparmırsan.Artıq əsblərim tarıma çəkilmişdi bu söhbətin axırı necə olacaq ,otağa nə məqsədlə gəliblər suallar az qala məni həqiqətən dəli edəcəydi.Əsəbimi boğa bilməyib Əlilinin sözün kəsdim həkim, yəni nə demək istəyirsiniz?deyə sual verdim bucür reaksianı heç özümdə gözləmirdim .Bu sərt reaksiyaya cavabda gecikmədi ..Psixoloq cavab verdi

–  sənin taleyin bizim əlimizdədir məxsusi olaraqda mənim .Sənin haqqında nəyi necə istəsəm yaza bilərəm odurki sakitcə qulaq as  və dediklərimizə əməl et.

Cəlil Əlili davam etdi

–  Bizim səlahiyyətimiz,şahidimiz var səni ən çətin şəraiti olan soyuq ,nimdaş,iynə dərmanı kifayət qədər çox olan bir dəlixanaya çox rahatlıqnan göndərə bilərik.Amma buna ehtiyac olmayada bilər əgər sən bizimlə razılaşsan.

Bir müddət hər üçünüdə nəzərdən keçirdim Roza adlı qadından başqa hər ikisidə üzümə soyuqqnnılıqla baxırdı bu sakitçiliyi mənim susmağımı razılığ əlaməti kimi qəbul edən psixoloq pozaraq sözə başladı :

 

  • Bizim biraz problemimiz var onun həlli yolu isə səndədi bugun saat 12-dən sonra hərkəs yuxuya gedəndə istədiyin vaxt bizim problemi həll edib otağına qayıtmalısan .Cəlil psixoloqun sözünə qüvvət olaraq davam etdi sənə verilən tapşırığı yerinə yetirdin yetirdin yetirmədinsə bizim sözümüz sözdü səni Azərbaycanın ən yüksək səviyyəli dəlixanasına göndərəcəyiy .Sözü ağzından qurtarmamış gülməyə başladı.Siz mənə nə etməyə vadar edirsiniz?bu nə problemdirki belə özünüz həll edə bilmirsiniz?

Xoşum gəldi deyərək sözə başladı psixoloq..Demək yavaş- yavaş razılaşırsan mən sənə nə etməli olduğunu bircə bircə başa salacam..Bakteryalar vardır bilirsən? bəziləri yaxşı bəziləri pis.Eyniylə xoş və bəd xassəli şişlər kimi necə deyim 32 dişinin arasında seni incidən çürük dişlər kimi onlar faydasız,lazımsız şeylərdi və tezliylə xilas olmalıyıq 5-ci mərtəbədə 215-ci otaqda sırf  məhv olunmaq üçün səni gözləyən biri var..Bəli biz ondan çox güclü iynəylə 5 10 dəqiqə ərzində xilas ola bilərdik amma sonradan başımız çox ağrıyardı bir dəli tərəfindən öldürülməyi isə çox təbii və asan olardı .Bilirsən?bu gözəl ideya məhz Roza xanıma məxsusdur .Hə buqədər söz çirkliliyinin içində bir şey mənə agah olmuşdu soyuqqanlılıqla məndən qatil olmağım istənilirdi daha dəqiqi vadar edilirdi..Soyuq tər axırdı kürəyimdən ürəyim eləbil yerindən çıxacağdı bu nəydi belə?bu necədə möhtəşəm çıxılmazlıq,təkliy,qorxu,tənhalıq hissslərinin birgə vəhdəti ilə yaranan yeni  bir hiss idi əgər vaxtım və imkanım olsaydı sırf  bucür hissə yaraşan bir adda tapardım .Amma məsələ bu deyildi.Kimi öldürəcəydim ?

öldürəbiləcəydimmi? Axı mən bunu heçcür istəmirdim..

Ayağa qalxdılar saatı işarə edib gecə 12-yə hələ çox var yaxşı fikirləş deyib otaqdan çıxdılar.5-ci mərtəbədə 215-ci otaqda məni kim gözləyirdi?o əgər dəli deyildisə niyə burda qalırdı?əgər dəliydisə niyə öldürülmək istənirdi?bütün bu sualların 1 cavabı vardı oda gedib özündən soruşmaq..Əl üzümü yudum və uzandım tavana baxırdım boş bir nöqtəyə eləcə boş-boş nəzər yetirirdim. Beynim düşünməkdən imtina etmişdi sanki birdən yerimdən dik atılıb oturdum niyədə yox?elə qaçmağın əsl vaxtıdı düzdü planımda iki nəfər deyildik amma sayın elədə problemi olmazdı..Heçbir xüsusi əşyam olmadığından nəyisə yığmağa ehtiyac yox idi otaqda get-gəl edirdim saatın tez keçməyini ,öldürülmək istənən o şəxslə görüşüb qaçmağı gözləyirdim..

12-yə 5 dəqiqə qalırdı ,otaqdan çıxmağın vaxtı idi.Dəhliz çox zəif işıqlarla işıqlandırılmışdı boş və tük ürpədici görünürdü urəyimdə narahatçılıqla yanaşı azad olmaq sevincidə varıydı.Nəhayət 215-ci otağın qarşısına gəldim qapının önündə nəqədər dayandım bilmirəm amma 20 25 dəqiqədən daha cox olardı. Narahat idim otaqda məni kimin gözlədiyi çox maraqlı idi .Nəhayyət otağın qapısını açdım və yavaşca içəri daxil oldum.Çox soyuqdu. Əynimdə sadecə nazik gödəkcə var.Hərtərəf ağdı təbii qar üzərindəki qan ləkələrini saymasaq uzaqdan çöl dovşanını ovlayan tülkü görünür öz ovunu böyük iştahayla yeyir.Eləbil uca dağların başı səmaya toxunur qarşıda sıx iynə yarpaqlılar  meşəsi görürəm .Bayquşlar başımın üstündə qıy vurur .Mənsə az qala donacam yavaşca taqətimi itirib eləcə qarın üzərinə çökürəm iki əlimlə başımı tutub ,bərk bərk gözlərimi yumuram.Xoş bir istilik duyaraq gözümü açdım otaqda xeylək irəli getmişdim çarpayıda hardasa 19 20 yaşlı bir qız yatmışdı..Elə gözəl yatmışdıki heç oyatmaq,gəl qaçaq belə demək istəmirdim.Pəncərəyə yaxınlaşdım ay tam çılpaqlığıyla səmada işıq saçırdı,eləbil dünyanın bütün ulduzları biryerə bu pəncərənin qarşısında uzanan səmaya yığışmışdılar ..Geriyə döndümki qızı oyadam və əbədi olaraq burdan qaçaq ..Niyə?nə üçün?-lə başlayan sualları vermək üçün isə çox vaxtım olacaqdı..Amma 1 dəqiqə bundan öncə çarpayıda yatan qız yerində yox idi..Öz özlüyümdə düşündüm yox bu yenə təkrarlanmasın çünki son vaxtlar qeyri ixtiyari xeyyallar qurur həmin xəyalları bir başa duyurdum..Amma indiysə bunun xəyal olmamağını çox istəyirdim..Hiçqırıqla qarışıq ağlamaq səsi məni fikirlərimdən ayırdı küncə qısılıb ağlayırdı tez yanına getdim yaxınlaşmağıma icazə vermədi ..Danışmaq istəyirdimki

  • Sus.Bilirəm məni öldürəcəksən dedi.

Yox əksinə səni xilas etməyə gəlmişəm dedim.Gözlərini  gözlərimə tuşladı ,ayağa qalxdı  çox zəif idi bir an ele bildimki yıxılacaq..

Sakit səslə sənə inanmaqdan başqa çarəm yoxdu məni apar burdan dedi..

Əynini geyindi və biz mənim planımı tətbiq etmək üçün qapıdan çıxdıq.Sadə idi 2-ci mərtəbədə havalandırma borusunda uzun müddətdiki problem varıydı və ora tam təmir olunmamışdı bir balaca cəhd etsək bir nəfərin keçə biləcəyi qədər oyuq yaranardı.Biz həmin oyuqdan keçib yanğın zamanı xilas olma nərdivanı  ilə aşağı düşməli idik ..Qəribədi  mənim bura düşməyimə səbəb olan nərdivan indi xilasım üçün kömək edəcəydi..Hərşey qaydasında idi birinci qız keçdi ardıycada mən ..Azad olmağımız üçün bizə daha 1 neçə dəqiqə lazm idi. Və nəhayət ayaqlarımız yerə dəydi və mənim ilk sualim belə oldu

  • Adın nədir?

Bu sualı gözləmədiyi hiss olundu biraz susandan sonra tələsməliyik dedi

Haqlıydı indiysə çoxda hündür olmayan divarı keçməliydik kənardan yararsız tullantıları götürüb divara rahat qalxmaq üçün stula bənzər birşey hazırladım bir bir ayağımızı ora qoyaraq divara qalxdıq aşağıya məsafə çox olmadığından tullana bilərdiy və tullandığda..Mənim qolum onunsa ayağı biraz cızıldı..Amma azadlığın sevincindən heç bir ağrı hiss etmirdiy ən azından mən heçnə hiss etmirdim..

-Ayan adım ayandır dedi..

  • Çox yaxşı mənimdə adım Tamerlan dedm .

Ikimizdə bacardığımız qədər uzağa getməli olduğumuzu bilirdiy.Amma ikimizində pulu yox idi və səhər açılan açılmaz bizi axtaracaydılar..Qərarlaşdırdıqki yoldan keçən bir maşını saxlayaq  və bizi gedəcəyi yerə qədər aparsın .Uzun müddətdən sonra nəhayət bir maşın saxladı ona tanımadığımız şəxslərin maşınımıızı ,üstümüzdəki pulları qarət etdiyini bizə kömək etsə çox şad olacağımızı dedik.Şəkiyə gedəcəyini dedi bizdə razılaşdığ güyaki təsadüfən elə bizdə ora gedirdiy..Yolda şüphələnməsin deyə Ayandan heçnə soruşa bilmədim əslində istəsəmdə soruşa bilməzdim çünki Ayan çoxdan başı çiynimdə yatmışdı..Səhərə yaxın Şəkiyə çatdığ..Payız səhərlər daha soyuq olur .Nazik paltarlarla,pulumuz və şəxsiyyət vəsiqələrimiz olmadan necə yaşayacaydıq bilmirdim .Ayan çox sakit,soyuqqanlı bir söz demək istədiyimdə həmin andaca başadüşən bir qız idi ..Tam dəqiqliklə bugün səhər ona diqqət yetirmişdim.Qüsursuz üzü və göz qaşı ,ağ siması,uzun kiprikləri ,bir qoşa ulduztək parlayan tünd qəhvəyi gözləri incə burnu ,özündən rəngli ,qızılgül qönçəsini xatırladan dodaqları ,uzun boynu ,Çiyinlərindən aşağıya doğru axan parlaq qızılı saçları vardı incə biləkləri hər an sınacaqmış kimi görünürdü .Gülüşü necəydi bilmirəm çünki heç güldüyün görməmişdim .O niyə dəlixanadaydı və öldürülməyni kimlər istəyirdi çox maraqlıydı bunu soruşmağa isə vaxt yox idi..



Yarışmada olan məqaləni bəyəndiniz? Bəyəndiyiniz təqdirdə aşağıdakı Twitter, Facebook Google+ düymələri vasitəsi ilə bəyənərək və paylaşaraq səs verə bilərsiniz.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı