RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Gənc Yazar” layihəsi: “Eyni dünyanın fərqli düşüncəli insanları”

681

Müəllif: Zəhra Həsənova

“Eyni dünyanın fərqli düşüncəli insanları”


Saat çalar-çalmaz oyandı yuxudan həftəsonu olmağına baxmayaraq saat 7də oyanmışdı.Çünki bu gün özü üçün plan hazırlamışdı bir neçə gün əvvəldən saat 09:00-da evdən yanına sevdiyi kitablarından birini alıb gəzintiyə çıxacaqdı.Yaxşıca səhər yeməyini nuş etdi,evi təmizlədi tam saat 09:00-da yola düşdü.Blokdan çıxan kimi onu gözləyən təmiz havanı ciyərlərinə doğru çəkdi.Bakıda,Sevda da belə havaya alışıq deyildi.Bu yaz bir başqa idi sanki ,mart ayı idi amma demək olar ki bütün ağaclar çiçəkləmişdi,quşlar gözləniləndən daha tez gəlmişdilər yuvalarına.Sevda bu düşüncələrlə yeriyişinə başladı.Saatın erkən olmasına baxmayaraq uşaqların səsləri artıq ətrafa yayılmışdı, məhəllədəki yeganə səs uşaqların gülüşü idi,bu səslər Sevdaya daha da zövq verirdi.Yaxınlıqdakı parka doğru irəlilədi. Təxminən 15dəqiqəlik yol qət etmişdi buraya gəlmək üçün,hər zaman olduğu kimi yenədə ağacların birinin altında öz yerini aldı və kitabını vərəqləyib oxumağa başladı.Tam yarım saat dayanmadan,ara vermədən oxudu,sonra kitabını qucağına qoyaraq ətrafa göz gəzdirdi.Parkda hər cürə insan tapa bilərdiniz.Kimisi körpə uşağı,kimisi nəvəsi,kimisi sevgilisi,kimisi ev heyvanı ilə gəlmişdi həftəsonu istirahətinə,bəziləridə Sevda kimi kitabı və ya kompüteri ilə edirdi istirahətini…
Öz daxilindən düşündü,indi bu insanlarının hər birinin özlüyündə bir problemi var,bəzilərininki bir qoz qabığını doldurmayacaq qədər balaca,bəzilərininki isə əlacsız bir xəstəlikdir.Bir anlıq onlarla söhbət etmək istəyi yarandı qəlbində.Astaca söykəndiyi ağacdan kömək alaraq ayağa qalxdı və ona ən yaxınlıqda oturan yaşlı kişiyə yaxınlaşıb yanında əyləşdi:
-salam baba,necəsiniz? –yaşlı kişi Sevdaya sanki yalnış bir şey edirmiş kimi tərs-tərs baxdı,qız buna fikir veməyib sualını bir daha təkrarladı.
-salam baba,necəsiniz ?–kişi cavab verməkdən başqa çarəsi olmadığını anlayıb sonunda cavab verdi.
-əleykumsalam qızım şükür Allaha yaxşıyam sən necəsən?
Sevda bunu gözləyirmiş kimi 2.sualını verdi tez:
-Şükür Allaha məndə yaxşıyam bir neçə dəqiqədir ki,sizə müşahidə edirəm və sizlə söhbət etmək istəyirəm əgər icazə versəniz?
Yaşlı kişi qəlbində Sevdanın dəli,axmaq və ya oğru ola biləcəyini düşündü bilmədi nə etsin,ona doğru gələn nəvəsini gördü və ayağa qalxıb nəvəsinin əlindən bərk tutdu və üzünü Sevdaya çevirib dedi:
-Indi getməliyəm qızım,başqa bir vaxt söhbət edərik.
Sevda gülümsədi,başqa heç nə demədi,nə deyə bilərdi ki kişi elə bil düşməndən qaçar kimi qızın yanından arxasına belə baxmadan uzaqlaşdı.Sevda parkın içi ilə ilərləməyə başladı, aralıqda bir xanımın oğlu ilə birlikdə top oynadığını gördü,onlara yaxınlaşdı xanımdan icazə alaraq onlara qoşuldu.Uşaqla top oynamaq onu xeyli yordu.Qadın ona özü ilə birlikdə əyləşməyi təklif etdi.
-Oğlum deyəsən sizi yaman yordu, buarada adım Gülərdir bəs sizin?
-çox deyil azacıq yordu,mənimdə adım Sevdadır.Üzr istəyirəm oyununuza müdaxilə etmiş kimi oldum.
-Yox Sevda mənim üçün xoş haldır bu,bəzən başqa biriləri ilə vaxt keçirtmək yaxşı olur.
Bir müddət söhbət etdikdən sonra Sevda üzr istəyib onların yanından uzaqlaşdı.Bir neçə addım aralanmışdı ki yolun kənarında oturan sevgililər diqqətini çəkdi onlara doğru gətmək istəyirdi ki qızın öldürücü baxışlarına tuş gəldiyini gördü və könülsüz halda geri çəkildi.Ayağı ilə balaca daşları itələyərək addımlayırdı ki nə olduğunu anlamadan bir balaca,qıvırcıq saçlı oğlan uşağının onu qucaqladığını gördü,ansız yaxalanmadan qamətini itirdi Sevda,qamətini düzəltmək üçün uşaqdan aralanmaq istəyərkən uşaq onu qolundan tutub yaxınlıqdakı oyun meydançasına tərəf çəkişdirdi.Uşaqlar Sevdanın ətrafında çevrə halında düzüldülər və gülüşməyə başladılar.Sevda nə edəcəyini anlamadı bilmirdi ki,uşaqların gülüşlərindən həzz alsın yoxsa nə olub-bitdiyini soruşsun.Amma özünü uşaqların gülüş səslərindən həzz alarkən tapdı.Elə bu anda bir qadın səsi eşitdi Sevda,bu səsdən çox qışqırtı idi.Onlara tərəf gələn qadın güman ki uşaqların dayəsi idi.
-Mən sizə neçə dəfə deməliyəm ki tanımadığınız insanlarla yaxın olmayın!Bəsinizdir hazırlaşın evə gedirik!..
Sevda özünü itirdi bilmədi nə etsin,nə desin.Qadın uşaqları qarşısına saldı və ani hərəkətlə Sevdaya doğru çevrildi,gözlərindəki qəzəblə:
-Bəs bunlar uşaqdırlar bilmirlər sənə nə deməli!hələ birdə bu yaşda uşaqlara qoşulub,yaşından utan !-dedi və Sevdanın cavabını gözləmədən çıxıb getdi.
Sevda özünü itirmiş bir halda yerində donub qaldı,qadının belə etməyini anlaya bilmirdi,asta şəkildə də deyə bilərdi bunu təhqir edib,qışqırmağa ehtiyac yox idi.
Kefi qaçmış bir halda əvvəl oturduğu ağacın altına gəldi və ağaca söykənərək düşündü.Əslində hamısı eyni mühittə yaşayır amma bir-birlərindən dağlar qədər fərqlidirlər gerçəkdə.İnsanların dünyagörüşünə düzdür ətraf mühit təsir edə bilər,amma xarekterinə isə yox.Əgər insanların daxilindəki “qorxu” ,“kin”və “şübhə” həddən artıq çoxdursa ona heç kim kömək edə bilməz.Parkdakı insanları misal göstərə bilərik,onların reaksiyaları necə kəskin və ya necə səmimi idi.Bəlkə onlar üçün nəsə edə bilərdi Sevda amma bilirdi ki,onlar özləri istəmədikcə qəlblərindəki şübhə hissi ilə sona qədər mübarizə edə bilməzlər.İnsanlara qarşı ilk görüşdə mənfi duyğularla yanaşmaq yerinə azda olsa müsbət düşünərək münasibət qura bilərikdə.Bu düşüncələr beynini çox yorurdu,onları düşünmək yerinə beynindən yox edərək yenidən kitabına qaldığı yerdən oxumağa davam etdi:
“-Yox ehtiyac yoxdur.Yarım saata ordayam.
Çarpayıda oturur.Jülyen əsəbləşəcək.Dostları Kristian və Aurelinin yanında utanacaq.Onların fikri Jülyen üçün ,deyəsən,çox əhəmiyyətlidir.Pəri mənzildən çıxmaq,Jülyenlə üzbəüz gəlmək istəmir.Kubevuayada gedib anasının üzünüdə görmək istəmir.Bu an yalnız yerində uzanıb,küləyin yağış damcılarını pəncərəyə çırpmasına qulaq vermək,yuxuya getmək istəyir.
Pəri siqareti yandırır.Jülyen otağa girib arxadan:
-Gəlmirsən,eləmi? –deyəndə cavab vermir.”
Pərinin Jülyenə cavabsız qaldığı kimi Sevda da ətrafındakı səslərə qarşı

 cavabsız halda təmiz havanı ciyərlərinə çəkərək kitab oxumağın həzzini

olmaqla məşğul oldu..



Yarışmada olan məqaləni bəyəndiniz? Bəyəndiyiniz təqdirdə aşağıdakı Twitter, Facebook Google+ düymələri vasitəsi ilə bəyənərək və paylaşaraq səs verə bilərsiniz.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı