RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Gənc Yazar” layihəsi: “Həyat, xoşbəxtlik və zaman…”

823

Müəllif: Cəbrayılova Fidan

Həyat, xoşbəxtlik və zaman…

Bəzən olur ki,həyatının geridə qalan hissesini itirmiş kimi olarsan,günəş doğmaz daha sənin üçün,sabah açılmaz sanki.Kipriklərin arasından bir işıq düşməz gözlərinin nuruna,həyat bir qaranlıq otaq olar sənə .O işığın kiçik bir damlasını hər gün həsrətlə gözlərsən,hardadı o gəlmir deyə,gözlərsən…Gəlməz deyilmi?Ehh,nə də olsa acı dolu həyat.Nə verdin mənə həyat ki,indi onu geri belə alırsan?!Bax,aci dolu dedim.Niyə deyə soruşursan,soruşma daha.Məncə “həyat” əzabdır,amma nə əzab imiş,adam ki,o əzabdan doymuruq.Acı çəkirik,amma yaşayırıq,içimiz qırılır,amma bildirmirik…Niyə?Sonunu gözləyirik hekayənin.Nece bir əsərin,bir filmin sonunu gözlədiyimiz kimi.Hər gün başqaları başqa rollarla gəlir həyatımıza,amma bəzən yox olur,heç kim,kimsə onun yerini doldura bilmir,nə acı deyilmi?Bax ,sonda bu olur.Gedir o xoşbəxtliyin…Küsür,ya inciyir adını xoşbəxtlik qoyduğumuz bu hiss?Xoşbəxtlik?Demək rahatlıqla xoşbəxtlik olmurmuş.Bəlkədə insan həyata xoşbəxt olmaq üçün gəlməmişdir,nə bilmək olar?!O xoşbəxtlik bir küləkdir,əsir keçir və gedir,qayıtmazmı,ya qayıdarmı?Zaman da keçib gedir,dayanmır,gözləmir kimsəni.Sən də zaman,düşmənsən bəzilərinə bəlkə də,bəzilərinə qatil,bəzilərinə də xoşbəxtlik.Aç indi danış mənə ,nədir xoşbəxtlik ?!Mən isti evimdə oturarkən,neçə uşaq səkilərdə,soyuq betonlar üzərində qaldı,de!Budur xoşbəxtlik?Danış,neçə can aldığında ,incitdiyində neçəsini ağlatdın,neçəsini güldürdün.Sən onu de mənə,heç xoşbəxtlikdən sevinc göz yaşları axıtdığın oldumu ?De ,nədir xoşbəxtlik ?Bəs məndən niyə belə uzaq düşdün,sən?Lənətə gəl,lənətə gəl ki,bir dəfə qapımı döymədin.!Bəlkə biraz da olsa,ehtiyacım vardı,sənə.Nə olar,bir dəfə də bizim qapını döysən?Olmazmı?Gec oldu daha ,mən qaranlıq həyatıma davam edim ,bu gün də zaman keçdi,dayanmadı,amma sən yenə gəlmədin,xoşbəxtlik….



Yarışmada olan məqaləni bəyəndiniz? Bəyəndiyiniz təqdirdə aşağıdakı Twitter, Facebook Google+ düymələri vasitəsi ilə bəyənərək və paylaşaraq səs verə bilərsiniz.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı