RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Gənc Yazar” layihəsi: “Şairim..”

938

Müəllif: Məmmədova Nərgiz

Şairim..
Şair tanıyıram sözlərə hamilə
Gətirə bilmir bəbəsini
Boğazla dodaq arasıdak məsafədən dünyaya
Belə anlarda bükülər dizləri
Əsər ürəyi şairimin
Ruhu təslim olar
Boğazdan geri itələnib
Yavaş yavaş sol tərəfə dolan sancıya
Hüzn qoxuyar mənim şairimin tərli köynəyidə
Gəzdirər sonuncu  ümüdü tərləmiş çirkli ovuclarda
Bərk bərk sıxar əllərini uçub getməsin
O tək gözlü miskin otağın pəncərəsindən qaranlığa
Sonra insansızlıq çökmüşdür Şairimin tavanına döşəməsinə
Divarlarına dağılmış eyvanına
Çəkər bu qoxunu siqardan dərin bir nəfəs çəkər kimi şair ciyərlərinə
Dolub yağa bilməyən yağış havası kimidir O,Bədbəxt,
Hansısa zibil qutusuna atılmış körpə kimidir Lazımsız,yiyəsiz,artıq…
Dərisi kimi saralmış şeir dəftərlərini sobaya atar hərdən,
Yox! Yox!Isinmek üçün yox! yanan ocağa baxıb,
Sükuta dalmaq üçün..
Cinlayar bir səs illərdir qulağında
Xərçəng kimi sahiblener beynini.
Buraxmaz rahat Allahın bir günü…
Məcbur edər her an təkrar etmeye
“Sevgisiz insan ya ölər ya öldürər”
Mənim Şairim öldürməyi seçdi !-Şeirlərini…….



Yarışmada olan məqaləni bəyəndiniz? Bəyəndiyiniz təqdirdə aşağıdakı Twitter, Facebook Google+ düymələri vasitəsi ilə bəyənərək və paylaşaraq səs verə bilərsiniz.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı