RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Gənc Yazar” layihəsi: “Sarı payız tablosu”

876

Müəllif: Qasımova Nigar

Sarı payız tablosu

Payız..Sentyabr və sarı yarpaqlar..İslaq skamyalar..Parkı əhatə edən müxtəlif tip insanlar… Və beləcə ətrafa baxaraq addımlayıram … beynim isə özünü düşüncələr dənizinə təslim edir:

“Hər kəs necə də roldadır. Hər kəsin beynində əzbərlədikləri ssenarilər..Oynayacağı səhnələr..” Tipik bir ssenari sözlərinə misal olaraq ” yaxşıyam”. Siz nə vaxtsa “pisəm” sözünü eşitmisiniz? -Yox. Necə eşidə bilərsiniz ki, ssenaridə o sözlər yoxdur. Ya da siz nə vaxtsa hansısa bir insanın “mən haqsızam” dediyini görmüsüz? – Yox necə görə bilərsiniz ki? Axı ssenaridə baş rol oyunçuları həmişə haqlı olur. Və nə qəribə hamı özünü bu həyatın baş rol oyunçusu kimi görür…Necə də rəhimli dünyadı…Heç kəsin xətrinə dəymir, hər kəsə baş rollar təqdim edir. Hansi ki dünya o baş rolların ətrafında dönür… Ya da yox.. Dünya nə zamandan ssenari yazır? -Yazmır ! ssenarimizi, oynayacağımız rolları biz özümüz özümüzə yazırıq. Hətta hər gecə yatmazdan qabaq rollarımızı əzbərləyib, təkrar da edirik…

… Oqtay Eloğlunun bir cümləsi gəlir qulağıma “nəyə lazım bu süniliklər, cırın bu divar kağızlarını. Çirkli divarları rəngli kağızlarla örtmək gülüncdür. O onsuz da çirklidir.Çirkli də qalacaq!”. Düzünü deyim ? Bu sözləri uşaq vaxtı oxuyanda gülmüşdüm ki, Oqtay dəlidir . Amma indi oxuyanda ürəyimə bir iynə sancir sanki. Ya mən də Oqtay kimi dəli olmuşam, ya da Oqtayın fəlsəfi düşüncələrinə doğru addımlayıram… Necə də haqlı yazılıb və deyilib bu sözlər… Rollar nəyə gərək? Yalançı gülüşlər nəyə gərək? Yalan sözlər nəyə gərək? Gizlədilən düşüncələri əvəz edən mənasız hərəkətlər nəyə gərək?…

Bu fikirlərin axdığı dalğın beyinlə irəliləyərkən, ani olaraq birdən dayanıram. Qoca bir rəssam, ağacın altında oturaraq şəkil çəkir. Rəssama doğru yaxınlaşıram.. Şəkilə göz gəzdirirəm. ” Skamyalarda yazılı kağızlar..Və bir qız o kağızların içərisində “gizlənən” rəssama əl uzadır”. Həqiqətən rəsm möhtəşəm idi. Qoca rəssamın o gün parkdaki ilham mənbəyi mənim gözlərimdən axan düşüncələrim idi… Və o gün parkda 2 nəfər vardı… Qoca Rəssam və mən… Və biz kağızsız idik..Əzbərsiz…Ssenarisiz… Mən düşünürdüm… O isə çəkirdi… Rəssamdan xoşbəxtliyin sirrini də soruşdum hazır ssenari kağızlarımız evdəykən… Mənə ” bəzəkli pərdə” cavabını verdi… Amma əvvəl-axır reallıqlar soldurar o pərdəni də, və yavaş-yavaş deşilər o bəzəkli pərdə.. Gözlər həyat çılpaqlıqlarını görməyə başlar az da olsa o deşiklərdən. Və nəhayət o pərdə tam cırılıb məhv olanda bülbül də ilk və son nəğməsini oxuyar…

 



Yarışmada olan məqaləni bəyəndiniz? Bəyəndiyiniz təqdirdə aşağıdakı Twitter, Facebook Google+ düymələri vasitəsi ilə bəyənərək və paylaşaraq səs verə bilərsiniz.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı