RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Gənc Yazar” layihəsi: “Xoşbəxtliyi nədə axtarırıq?”

648

Müəllif: Əliyeva Zeybə

Xoşbəxtliyi nədə axtarırıq?
Hər gün səhər durmaq yemək yemək,məktəbə və ya universitetə getmək.Bəziləri də işə.Sonra ev,yemek yemek.yatmaq,televizora baxmaq,kompyuter oyunları oynamaq və yenə yatmaq.Bunlar bizi xoşbəxt edirmi?Siz öz istədiyiniz,arzuladığınlz həyatı yaşayırsınızmı?İnsan özü-özünə xoşbəxtlik yaratmalıdır.Məsələn;siz yağışlı havada yolla gedərkən qulaqcığı qulağınıza keçirib playlistdə ən çox bəyəndiyiniz musiqini seçib qulaq asmısız,Bu musiqi sizi bir anlıq xoşbəxt edib.Ailənizlə axşam yeməyində hamını bir arada görüb,yaşadığınız xoşbəxtliyidə bura aid etmək olar.Demək siz xoşbəxtliyi yaşamısız.Xəşbəxtliyin uzaqda olduğunu düşünən ,hər gün işdən evə,evdən işə gedən insanlar ,özlərini xoşbəxt saymayan insanlar, sizin öz işinizdən zövq almağiniz belə ən böyük xoşbəxtlikdir.Azad ölkədə yaşayırıq.Hər kəs istədiyi kimi geyinə,istədiyi kimibəzənə,istədiyi kimi yaşaya bilər.Hər şey belə istədiyimiz kimidirsə ,bəs problemlər nədən irəli gəlir,Bunun səbəbidə biz özümüzük.Məsələn; dəniz kənarında olan zibillərdən ,avtobus sürücülərindən və bəzi başqa şeylərdən şikayətlənirik.Baxın ,əgər biz özümüz təkcə özümüzlə kifayətlənməyib başqalarınıda fikirləşsək bütün bu problemlər yaranmaz.
Təbiətə gələn ən böyük ziyanın başlıca səbəbi insanlardır.Məsələn;Yerdə gördüyümüz zibillərdən narazılıq yaranır,amma bunu edən insana bu barədə məkumat verilmirki təbiətə ziyan vermək olmaz.Niyə? İnsanların səhvlərini onların üzünə deməkdən niyə çəkinirsiz axı? Niyə qanunları tələb etmirsiz?Qorxursuzki qarşı tərəf artıq nəsə deyər siz pərt olarsız?İnsanların ən böyük həssaslığı qorxudur.Qorxudan yaranan xəstəliklər hecdə yalan deyil.Öz hüquqlarınızı tələb etməkdən çəkinməyin.
”Həyatınızda nəyi dəyişmək istərdiz? Dəyişdikdən sonra həmin dəyişdirdiyinizin sizi xoşbəxt edəcəyindən əminsinizmi? ” sualı altında kiçik sorğu keçirtdim.Bu suala gələn cavabların çoxu ”Həyatımdan razıyam və belə xoşbəxtəm”.Deməli, kasıb təbəqə xoşbəxt insanlar olur..Arzusuz insan yoxdur.Deyəcəksiz varlılar, hər şeyləri olan insanlar arzularına çatmış insanlardır.İnsan varlandıqca hədəfləri daha çox böyüyür.Yenədə xoşbəxtlik.Bəzi insanlar deyirlərki mən artıq xoşbəxtliyi axtarmıram.O məndən uzaqdadı.Xoşbəxtlik sizin yanınızdadı,lakin siz onu görmürsüz.Amma xoşbəxtliyin nece hiss oldduğunu bilirsiz.Xoşbəxtliyi kiçik şeylərdə axtarın.Hədəflər böyüdükcə xoşbəxtlik kiçiləcək.



Yarışmada olan məqaləni bəyəndiniz? Bəyəndiyiniz təqdirdə aşağıdakı Twitter, Facebook Google+ düymələri vasitəsi ilə bəyənərək və paylaşaraq səs verə bilərsiniz.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı