Gənclərə yol hərəkəti qaydaları öyrədilir

14 oktyabr 2017 – ci il tarixində start götürən “Təhlükəsiz yol, yaxşı yol” layihəsi davam edir.
Layihəyə cəlb olunan “BELC” təhsil kompleksinin direktoru və eyni zamanda “Təhlükəsiz yol, yaxşı yol” layihəsinin təlimçisi Xalidşah Səlimov tərəfindən layihə iştirakçılarına şəhər nəqliyyatında, yollarda ictimai davranış qaydaları, təhlükəsiz gənc sürücü, dönmə əməliyyatı, icazə verilən maksimum hərəkət sürətləri, nizamlayıcının göstərişləri, qəza nişanları, minik avtomobillərinin idarə olunması və s. digər mövzularda 12 dərs proqramına uyğun qeyri – formal təhsil metodundan istifadə olunaraq təlimlər və praktiki məşğələlər keçrilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən layihənin icrasının başlıca məqsədi gənc sürücü və piyadaların yol hərəkəti qaydalarına dair bilik və bacarıqlarının artırılması, onlara təhlükəsiz davranış vərdişlərinin aşılanması, intellektual idarəetmə sistemi haqqında ətraflı məlumat verərək bu istiqamətdə nəzəri və praktiki biliklərin verilməsi, cəmiyyətdə sürücülük mədəniyyətinin səviyyəsini yüksəltmək və yol təhlükəsizliyin təmin olunmasında məlumatlılığın artırılmasından ibarətdir.
Layihənin sonunda iştirakçılar ilk dəfə olaraq təlim avtomobillərini idarə etməyə cəhd göstərəcəklər. Layihənin sonunda layihədə iştirak edən 30 iştirakçıya şəhadətnamə və diplom təqdim olunacaq.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here