RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Gənclər ekoloji təmiz ölkə üçün “Yaşıl Diyar” dan keçdi

362

Son zamanlarda uğurla həyata keçirilən “Azərbaycan Gənclər Siyasəti”nin bir istiqaməti də gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik habelə ətraf mühitin təmizliyinə riayət olunması və yaşıllığın qorunması prinsiplərinin təbliğ olunmasıdır. Ölkədə iqtisadiyyatın inkişafı və əhalinin sosial-mədəni səviyyəsinin yüksəldilməsi ilə yanaşı, təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji tarazlığın qorunması dövlətin daim diqqət mərkəzindədir. Bundan irəli gələrək “Yaşıl diyar” layihəsini çərçivəsində Azərbaycan respublikasının Şəmkir və Goranboy rayonlarında  ekoloji maarifləndirmə apararaq “Ekologiya nədir?”, “Tullantıların idarə edilməsi”, “Ekoloji təhsil – Eko Fərd” və “Ətraf mühit və İnsan” mövzularında təlimlər keçirilmişdir. Təlimlər  çərçivəsində region gənclərinə ekologiya elmi haqqında ilkin biliklər, ətraf mühitin mühafizəsində gənclərin rolunun əhəmiyyəti aşılanmışdır. Praktiki-təlim sessiyalarında  gənclərə nəzəri biliklərin ötürülməsi ilə yanaşı müxtəlif maarifləndirici oyunlar tətbiq olunmuş və  aktiv iştirak edən gənclər Şəhadətnamə ilə təltif olunmuşdur.

 

Layihənin əsas məqsədi gənclərdə təbiətə olan marağının artıraraq, gənclərin ekoloji yöndə bilik və bacarıqlarını inkişafına dəstək olmaqdır.

Layihədə təbiətin əhəmiyyəti diqqət mərkəzində tutularaq gənclərə təlim zamanı qazandıqları biliklərlə gələcəkdə ekoloji aktiv bir həyat yaşamaq və bunu digər şəxslərə də aşılamaq arzusu qazandırılmışdır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı