Gənclər Fondunun dəstəyi ilə “İdeyadan biznesə” adlı layihə uğurla icra edilib

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən, Həsənağa Hüseynovun layihə rəhbəri olduğu “İdeyadan biznesə” gənclərin sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi adlı layihənin təlimlərinə yekun vurulub.

Layihə çərçivəsində Bakı şəhərində üç peşəkar biznes təlimçi və gənc sahibkar – Orxan Şahbaz, Elvin Dadaşsoy və Kənan Hüseynli tərəfindən tələbə – gənclərə ideyanı biznesə çevirməyin yolları haqqında təlimlər keçirilib. Təlimlər biznesə başlamaq üçün zəruri olan 3 əsas istiqaməti əhatə etmişdir:

  • Biznes ideyaların yaradılması (ideyanın tapılması, təhlili və seçilməsi)
  • Biznes planların hazırlanması
  • Öz biznesini qur! ( biznesin qeydiyyatı, zəruri işlərin planlaşdırılması və s).

Təlimlərdə açılış nitqi ilə çıxış edən layihə rəhbəri Həsənağa Hüseynov Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən bu layihənin əsas məqsədinin gənclərin biznes ideyalarını reallaşdırmaq üçün zəruri olan bilik və bacarıqlara,  müasir biznes idarəçiliyi vərdişlərinə yiyələnməsinə dəstək olmaqla onların sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi olduğunu qeyd etmiş və iştirakçılara təlimlərin  önəmi haqqında məlumat vermişdir O, həmçinin qeyd etmişdir ki, layihəyə ilk gündən çox böyük maraq olmuşdur. Belə ki, öncədən verilmiş elanlar nəticəsində layihədə iştirak üçün 400-dən çox elektron müraciət daxil olmuşdur. Layihə heyəti tərəfindən bütün müraciətlərə baxılmış və layihənin məqsədinə uyğun olaraq, istək məktubu əsasında 110 nəfər tələbə-gənc təlimlərdə iştirak üçün seçilmişdir.Layihə rəhbəri bütün iştirakçılara uğurlar arzu edərək, layihənin onlar üçün faydalı olacağına ümid etdiyini vurğulamışdır.

Hər bir təlimin sonunda iştirakçıların sualları təlimçilər tərəfindən cavablandırılmış və layihənin faydalılığını daha da artırmaq məqsədi ilə layihə rəhbərinin təşəbbüsü ilə bütün təlim iştirakçılarının və eyni zamanda layihəyə maraq göstərib müraciət edən ancaq seçilməyən 300-dən çox gəncin də elektron poçtuna təlimlərin təqdimat matrealları və bizneslə bağlı elektron kitablar göndərilmişdir. Sonda bütün təlim iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here